Bijən Namdar Zəngənə: “Amerikanın İranın neft ixracatını sıfıra endirməklə bağlı yuxusu çin olmayacaq”

Bijən Namdar Zəngənə: “Amerikanın İranın neft ixracatını sıfıra endirməklə bağlı yuxusu çin olmayacaq”

GünazTV:İranın neft naziri Bijən Namdar Zəngənə aprelin 23-də ölkə parlamentində çıxış edərək, Amerika Birləşmiş Ştatların İran neftinin satışını qoyduğu qadağadan danışıb.

 

Zəngənənin açıqlaması, ABŞ dövlət katibi Mayk Pompeonun Amerikanın İranın neft satışına qarşı tətbiq etdiyi sanksiyalarda istisna ölkələrə tanıdığı möhlətin mayın 2-də başa çatacağını elan etməsindən iki gün sonraya təsadüf edib.

 

Vaşinqtonun İran neftinin ixracatına qoyduğu sanksiyanın uğursuzluğa düçar olacağını bildirən Zəngənə, Amerikanı “İran millətinə qarşı təcavüzkar bir savaş” başlatmaqda günahlandırıb: “Hesab edirik ki, Amerikanın İranın neft ixracatını sıfıra endirməklə bağlı yuxusu çin olmayacaq. Biz var gücümüzlə Amerikanın bu qadağasını məğlubiyyətə uğratmaq uğrunda çalışacaq, müəyyən tədbirlər görəcəyik.

 

Amerika və onun müttəfiqləri neft məsələsini siyasiləşdirib ondan bizə qarşı bir ilah kimi istifadə etməklə böyük bir səhvə yol veriblər. Düşünürəm ki, neft bazarının indiki durumunu nəzərə alaraq, onların yol verdikləri bu səhvin ziyanı və fəsadları özlərinə qayıdacaq” -deyə Zəngənə əlavə edib.

 

Qeyd edək ki, Amerikanın İrandan neft alan 8 ölkəyə öz neft ehtiyaclarını təmin etmək üçün alternativ variant axtarıb tapmaq üçün verdiyi 6 aylıq möhlətin vaxtı mayın 2-də başa çatır. Bu günə qədər Amerikanın sanksiyalarından istisna edilən həmin ölkələr, mayın 2-dən sonra İrandan neft alışını davam etdirsələr, Vaşinqtonun ağır sanksiyalarına məruz qalacaqlar.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN