Bijən Zəngənə: “Amerika sanksiyalardan yan keçmək yollarını çətinləşdirib”

Bijən Zəngənə: “Amerika sanksiyalardan yan keçmək yollarını çətinləşdirib”

GünazTV: İranın neft naziri Bijən Namdar Zəngənə iyunun 8-də jurnalistlərə açıqlamasında Amerikanın İrana qarşı sanksiyaları genişləndirməsindən və ölkə neftinin müştərisiz qalmasından danışıb.

 

O bildirib ki, İran öz neftini satmaq məqsədi ilə Amerikanın sanksiyalarından yan keçmək üçün yollar axtarır: “Amerika Birləşmiş Ştatlarının İrana qarşı yeni sanksiyaları əvvəlki dövrdən xeyli fərqlənir və artıq təyinedici rol oynayır. Yeni qadağalarda, Amerika İranın qaz kondensatını da sanksiyalar siyahısına salıb. Bundan başqa, İran banklarına və bizim gəmiçilik şirkətinə qoyulan embarqo da əvvəlki dövrlə müqayisədə daha da gücləndirilib.

 

Demək olar ki, Amerikalılar son altı ildə sanksiyaları düşünülmüş şəkildə tətbiq etməkdə böyük təcrübə qazanıblar. Artıq onlar, bizim sanksiyalara qarşı çıxmaq üçün qarşımızda olan bütün yolları bağlamaq istəyirlər. Bir sözlə, Amerika sanksiyalardan yan keçmək yollarını xeyli çətinləşdirib. Lakin bütün bunlara baxmayaraq, biz ardıcıl olaraq sanksiyalardan yan keçmək üçün yeni yollar axtarıb tapır, bu ağır şəraitdən qurtarmaq üçün çətin bir mübarizə aparırıq” –deyə Birjən Zəngənə əlavə edib.

 

İranın neft naziri həmçinin deyib ki, Vaşinqtonun İrana qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən, ölkə nefti müştərisiz qalıb. O bildirib ki, Çin ötən aydan bu yana İrandan neft almayıb, Yunanistan və İtaliya tərəfləri isə İranın Neft Nazirliyinin rəsmilərinin telefon zənglərinə belə cavab vermirlər.

 

 A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN