Bir neçə gün öncə həbs edilmiş Britaniya səfiri İranı tərk edib

Bir neçə gün öncə həbs edilmiş Britaniya səfiri İranı tərk edib

GünAz TV: Britaniya Tehranda akkreditə olunmuş səfiri Robert Makeyr İranı tərk edib.

 

Məlumatı təsdiqləyən Britaniya Xarici İşlər Nazirliyinin sözçüsü səfirin öncədən nəzərdə tutulmuş səfər çərçivəsində Londona qayıtdığını bəyan edib.

 

Xatırladaq ki, diplomat bir neçə gün öncə Tehranda “Sepah” tərəfindən vurulan Ukrayna təyyarəsinin qurbanlarını anmaq üçün təşkil edilən mitinqə qatılmışdı. Həmin mitinqdə səfirin tutulması diplomatik qalmaqala səbəb olmuşdu.

 

Səfir qısa müddət ərzində sərbəst buraxılsa da, İran rəsmiləri onu “mitinqi təşkil etmək və təhrikçiliklə məşğul olmaq, habelə bəzi radikal hərəkətlərə rəhbərlik etmək”də ittiham etmişdi. Bundan sonra rəsmi Tehran Robert Makeyri ölkədən beynəlxalq hüquq əsasında çıxartmaq məsələsini araşdırdığını bəyan etmişdi.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN