Bir neçə nümayəndə heyəti venesuelalı nümayəndənin çıxışı zamanı BMT BA-nın iclasını tərk edib

Bir neçə nümayəndə heyəti venesuelalı nümayəndənin çıxışı zamanı BMT BA-nın iclasını tərk edib

GünAz TV: Venesuelanın vitse-prezidenti Delsi Rodriqesin çıxışı zamanı bir neçə ölkədən olan nümayəndə heyəti BMT Baş Assambleyasının zalını tərk edib.


Bu barədə Baş Assambleyanın plenar iclasından “TASS” agentliyinin müxbiri məlumat verib.


Zalı ilk tərk edən ABŞ və Kolumbiyadan olan nümayəndə heyətləri olub. amerikalı diplomatlardan biri salondan çıxmazdan əvvəl stulunun arxasını masaya doğru əyib.


Rodriqesin çıxışından 30 dəqiqə əvvəl BMT-nin qərargahındakı vəziyyət nəzərəçarpacaq dərəcədə gücləndirilib. Mətbuat üçün eyvanda təhlükəsizlik xeyli möhkəmləndirilib, jurnalistlərin özlərindən ilk iki cərgə sona doğru keçmələri tələb olunub. Təxminən 20 nəfərin olduğu mühafizəçilər təxribatların qarşısını almaq məqsədilə nəzarəti artırıb.

 

Mənbə: Apa.az

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN