Bir qrup təbrizli milli-mədəni fəal “Çətə qardaşları”nın Azərbaycan Milli Hərəkatına qarşı son təxribatı barədə birgə bildiriş yayıb

Bir qrup təbrizli milli-mədəni fəal “Çətə qardaşları”nın Azərbaycan Milli Hərəkatına qarşı son təxribatı barədə birgə bildiriş yayıb

GünAzTV: Təbrizdə yaşayan bir qrup milli-mədəni fəal, “Çətə qardaşları”nın Azərbaycan Milli Hərəkatına qarşı son şantaj və təxribatı barədə birgə bildiriş yayıb.

 

Bildirişi, təbrizli fəallar, Əhməd Əlizadə, Hüseyn Mühaciri, Mehdi Mühaciri, Vəhid İzzəti, Səməd Füruqi, Sədullah Sasani, Maqsud Səfəri, Hüseyn Fərəcnəjad və Həsən Əmirpur imzalayıb.

 

Bildirişdə “Çətə qardaşları” və “Dirəniş” təşkilatı azərbaycanlı fəallar arasında nifaq salmaqda günahlandırılır: “Milli hərəkatı populist şüarlarla və mahiyyəti hamıya bəlli olan bəzi nüfuzi şəxslər vasitəsilə sözdə birliyə çağıranlar, ya məsələnin dərinliyini və bu gedişatın milli hərəkata nə qədər ziyanlı olduğunu başa düşməyən şəxslərdir, ya da illər boyu milli hərəkatın sədaqətli fəalları arasında nifaq salmağa və onları bir-birindən ayırıb parçalamağa can atdığı bir halda, buruşuq və mürəkkəb planlar quran bəzi şübhəli fikir otaqlarının toruna düşənlərdir.

 

Əlbəttə, həmin fikir otaqlarından birinin milli hərəkatın içindəki şöbəsi kimi sayılan “Dirəniş” adlı mafiya bandasıdır. Bu banda, milli fəalların Azərbaycan milli mənafeyini nəzərə alaraq bu kimi alçaq oyunlar qarşısında susmasından sui-istifadə edərək illər boyu milli fəallar tərəfindən kənara qoyulan və son vaxtlar yenidən tapılıb meydana çıxan bəzi nüfuzi şəxsləri bir araya gətirərək onlarla iyrənc bir koalisiya yaradıb. Bu iyrənc koalisiyanın üzvü olan və milli hərəkata qarşı çirkin oyunlarından əl çəkməyən həmin nüfuzilərin bəziləri Xocalı, Qüdrətulla Yusifi və bu kimi şəxslərdir.

 

Bu çətənin əxlaq prinsiplərinə zidd atdığı digər bir addımı da, onun insanları şantajlamasıdır və biz dəfələrlə bunun şahidi olmuuq. Tanınmış milli fəallarımıza qarşı edilən həmin şantaj nümunələrindən biri də, son vaxtlar “Xocalı” adlı şəxsin və mahiyyəti hamıya bəlli olan onun kimi bəzi digər şəxslərin Abbas bəy Lisani haqda yazdığı yazıların “Dirəniş”in əli ilə yayımlanmasıdır. Biz isə “Dirəniş” çətəsinin son əməllərini pisləyərək, milli hərəkatımızda istənilən şəxsə qarşı edilən hər hansı bir şantaja son qoyulmasını tələb edirik”.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN