Birləşmiş Ərəb Əmirliklərində ibtidai sinif dərsliyində dərc edilən “fars körfəzi” ifadəsi etirazlara səbəb olub

Birləşmiş Ərəb Əmirliklərində ibtidai sinif dərsliyində dərc edilən “fars körfəzi” ifadəsi etirazlara səbəb olub

GünAzTV: Birləşmiş Ərəb Əmirliklərində çap edilən 4-cü sinif dərsliyində “ərəb körfəzi” ifadəsinin yerinə “fars körfəzi” ifadəsinin dərc olunması, bir sıra rəsmilər və vətəndaşların etirazından sonra ləğv edilib.

 

Birləşmiş Ərəb Əmirlikləri Təhsil Nazirliyinin yanvarın 9-da yaydığı bəyanatda bildirilir ki, dərsliyin çapında yol verilən səhv növbəti çapda aradan qaldırılacaq və “ərəb körfəzi” ifadəsi yenidən bərpa ediləcək. Nazirlik bildirib ki, növbəti tədris ili üçün yeni dərsliklərin çap olunmasına qədər, şagirlər arasında etiket paylanılacaq və onlar həmin etiketləri sözü gedən dərslikdə dərc edilən “fars körfəzi” ifadəsində işlənən “fars” sözünün üstünə yapışdırmaqla müvəqqəti olsa da, yol verilən səhvi aradan qaldırmış olacaqlar.

 

Qeyd edək ki, İranın cənbundakı böyük su hövzəsini, bölgədəki ərəbdilli ölkələr “ərəb körfəzi”, İran isə “fars körfəzi” adlandırır. Bu isə həmin su hövzəsinin ətrafında yerləşən ərəb ölkələri ilə İran arasında vaxtaşırı ixtilaflara səbəb olur.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN