BMT Baş Assambleyası İranda insan haqlarının pozulmasını pisləyən qətnamə qəbul edib

2019-12-19 14:28

GünAz TV: Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası ötən gün İranda insan haqlarının kobud şəkildə pozulmasını pisləyən qətnamə qəbul edib. Qətnamə layihəsi daha öncə noyabr ayında BMT-nin 3-cü komitəsində qəbul edilmişdi.

 

Qətnamə 81 lehinə, 30 əleyhinə və 70 neytral səslə qəbul edilib. Rusiya, Ermənistan, Çin, Hindistan, Oman, Suriya, Kuba, Şimali Koreya, Əfqanıstan, Pakistan, Flippin, Serbiya, Belarusiya, Kamboca, Burundi, Eritreya, İndoneziya, İraq, Qazaxıstan, Qırğızıstan, Livan, Nikaraqua, Tacikistan, Türkmənistan, Özbəkistan, Venesuela, Vyetnam, Zimbabve və İran özü qətnamə layihəsinə qarşı səs verən ölkələr olublar.

 

Amerika Birləşmiş Ştatları, Britaniya, İspaniya, İsveç, İsveçrə, Hollandiya, Slovakiya, Ukrayna, Finlandiya, Fransa, Danimarka, Almaniya və digər bir neçə Qərb ölkəsi isə layihənin lehinə səs veriblər.

 

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn kimi ərəb ölkələri də layihənin qəbulunu dəstəkləyənlər sırasında olublar.

 

Kanada tərəfindən irəli sürülmüş qətnamə layihəsi cari ilin noyabr ayının 15-də 84 lehinə, 30 əleyhinə və 66 neytral səs olmaqla, BMT-nin 3-cü Komitəsində qəbul edilmişdi.

 

Qətnamə layihəsində qanunsuz həbslər, həbsxanaların vəziyyəti, qadınlara qarşı diskriminasiya və dini azlıqlara qarşı mütəşəkkil zülmlə bağlı dərin narahatlıq ifadə olunur.

 

6 səhifəlik qətnamədə İran rejiminin ifadə və etiqad azadlıqlarına qarşı qəbul etdiyi məhdudiyyətlər, eləcə də bəhayi, dərviş və sufilərə qarşı artan təzyiqlərin narahatlıq doğurduğu qeyd edilir.

 

BMT-nin İranda insan haqları məsələləri ilə bağlı xüsusi həmməruzəçisi Cavid Rəhmanın 2 raportu əsasında hazırlanan qətnamədə İranın rəsmi din kimi tanımadığı bəhayilik dininə etiqad edənlərə qarşı apardığı repressiv siyasət pislənir.

 

Qətnamə həmçinin İran rejimindən milli və dini azlıqlara qarşı apardığı hər növ ayrı-seçkiliyə son verməyi tələb edir.

 

Qətnamə həmçinin İranı hazırda məhkumluq həyatı yaşayan qadın haqları fəallarının azad edilməsi, qadınlara qarşı ayrı-seçkiliyə yol açan qanunların ləğvi, zindanların vəziyyətinin yaxşılaşdırılması, məhkumlara müalicə almaq üçün imkan yaradılması və ifadə azadlığı hüququndan istifadə etdiyi üçün tutulan bütün vətəndaşların azad edilməsinə çağırılır.

 

Qətnamənin noyabr ayında İranda keçirilmiş xalq etirazlarının rejim tərəfindən qan bahasına yatırılmasından qısa müddət sonra qəbul edilməsi xüsusi əhəmiyyət daşıyır.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

GünazTV June.03.2020: İran və Çin ABŞ-dakı qara dərililərin hüquqlarının pozulmasını tənqid etdilər

2020-06-03

gun az article

İlam əyalətində koronavirusa yoluxanların sayı 1079 nəfərə çatıb

2020-06-03

gun az article

Cavad Süleymani: "Sual budur ki, niyə Ukrayna təyyarəsini qəsdən vurdular?"

2020-06-03

gun az article

Morqan Ortaqus: "Sirus Əsgərinin İrana qaytarılması məhkum mübadiləsi əsasında baş tutmayıb"

2020-06-03

gun az article

İranda daha 70 nəfər koronavirusdan ölüb, 3134 nəfər xəstəliyə tutulub

2020-06-03

gun az article

İranda xristianlığı qəbul edən 4 nəfər Evin zindanına çağırılıb

2020-06-03

gun az article

İranda 5 bal gücündə zəlzələ baş verib

2020-06-03

gun az article

Amerika məhkəməsi İran və Suriyanın amerikalılara kompensasiya ödəməsi ilə bağlı qərar qəbul edib

2020-06-03

gun az article

Məşhəddə daha 1 məhkum edam edilib

2020-06-02

gun az article

GünazTV June.02.2020: Bazar günü şiddət hadisələrinin yaşandığı etiraz dalğalarının ardından həftənin ilk günü paytaxt Vaşinqtonda sülh məqsədli protestlər keçirildi.

2020-06-02

gun az article

İranda daha 64 nəfər koronavirisdan ölüb, 3117 nəfər də infeksiyaya yoluxub

2020-06-02

gun az article

Kirmanda narkotik maddə qaçaqmalçıları ilə atışmada sıravi əsgər həlak olub

2020-06-02

gun az article

Zərif Sirus Əsgərinin Amerikadan İrana doğru yola düşdüyünü bəyan edib

2020-06-02

gun az article

‍Əhməd Cənnəti: "Deputatlar namizədliklərin təsdiqlənməməsindən dərs çıxarsınlar"

2020-06-02

gun az article

Kirmanşah əyalətində koronavirusa yoluxanların sayı 4872 nəfərə çatıb

2020-06-02

gun az article

Pompeo: “İranın təhdidləri davam edədənə qədər ABŞ-ın maksimum təzyiq kampaniyası da davam edəcək”

2020-06-02

gun az article

Müctəba Zonnur: "Noyabr etirazlarında 230 nəfər öldürülüb, 7 min nəfər yaralanıb"

2020-06-01

gun az article

İrandan Azərbaycan vasitəsilə Avstriyaya 281 kq heroinin aparılmasının qarşısını alınıb- FOTO

2020-06-01

gun az article

Abbas Musavi İranın iki vətəndaşının Türkiyə tərəfindən İraqda öldürülməsi məsələsinə münasibət bildirib

2020-06-01

gun az article

İran ordusunun komandanının müavini "Sepah"ı sərt tənqid edib

2020-06-01