BMT Baş katibinin müşaviri: "Rohinca müsəlmanlarına qarşı hərəkətlər soyqırımı kimi qəbul edilə bilər"

BMT Baş katibinin müşaviri:

GünAz TV: BMT Baş katibinin soyqırımın qarşısının alınması üzrə xüsusi müşaviri Adam Dyenq rohinca müsəlmanlarına qarşı hərəkətlərin məhkəmə tərəfindən soyqırımı kimi tanınma ehtimalını istisna etməyib.

 

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

 

A.Dyenq vurğulayıb ki, soyqırımın olub-olmadığını yalnız məhkəmə müəyyənləşdirməlidir. 

 

"Eyni zamanda, hansı qərarın çıxarılmasından asılı olmayaraq, zorakılıq edənlər məsuliyyətə cəlb olunmalıdır. Rohincalarla görüşmüşəm. İki dəfə Banqladeşdəki Koks-Bazarda olmuşam. Onları dinlədik. Müstəqil ekspertlər qrupu törədilənlərin soyqırımı kimi təfsir olunduğu qənaətinə gəldilər", - xüsusi müşavir deyib.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN