BMT Konqoda seçkinin ləğvindən narahatlıq keçirir

BMT Konqoda seçkinin ləğvindən narahatlıq keçirir

GünAz TV: Konqo Demokratik Respublikasındakı şiddət hadisələri heç cür sona çatmır.

 

Xüsusilə ölkənin orta seqmentlərində idarənin əldən getdiyini bildirən BMT rəsmiləri, 31 Avqustda keçirilməsi gözlənilən senat seçkilərinin ləğv edilməsindən narahatlıq keçirir. Rəsmilər, yalnız mart iyun ayları arasında bölgədə 62-i uşaq olmaqla 251 adam öldürüldüyünü deyib. On minlərlə adam isə köç etmək məcburiyyətində qalıb.

 

Mövzuyla əlaqədar açıqlama verən BMT-nin Orta Afrika Bürosunun rəhbəri Skot Kampell deyib ki,  "Ölkədəki şiddət hadisələrinin xüsusiyyəti və əhatəsi açıq bir şəkildə beynəlxalq hüquqda insanlığa qarşı cinayət təşkil etməkdədir".

 

R.X

Açar Sözlər

konqobmtseçkilər

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN