BMT Təhlükəsizlik Şurası İranın raket sınaqları ilə bağlı təcili iclas keçirəcək

BMT Təhlükəsizlik Şurası İranın raket sınaqları ilə bağlı təcili iclas keçirəcək

GünAz TV: Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurası İranın raket sınaqları ilə bağlı təcili iclas keçirəcək.


İclas rəsmi Tel-Əvivin təşəbbüsü ilə baş tutacaq. Bu barədə APA “AFP” agentliyinə istinadən xəbər yayıb.


Bundan əvvəl İsrail BMT-ni İranın raket sınaqlarına reaksiya verməyə çağırıb.


“İranın hərəkətləri tək İsrail yox, bütün Yaxın Şərq regionu uçun təhlükə kəsb edir”, deyə İsrailin BMT-dəki daimi nümayəndəsi Danni Danon bəyan edib.


Qeyd edək ki, yanvarın 29-da İran BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini pozaraq, orta mənzilli ballistik raket sınağı keçirib.


N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN