BMT: Yəməndə İran istehsalı olan raketlər tapılıb

BMT: Yəməndə İran istehsalı olan raketlər tapılıb

GünAz TV: BMT-nin məxfi raportunda koalisiya qüvvələri tərəfindən ələ keçirilən iki tank əleyhinə raket kompleksinin 2006-2017-ci illərdə İranda istehsal edildiyi ehtimal edilir.

 

BMT-nin baş katibi Antoniu Quterreş tərəfindən yazılan raportda bu halın BMT Təhlükəsizlik Şurasının 2016-cı ilin yanvarından qüvvəyə minən qətnaməsinin müddəalarının pozub-pozmaması ilə bağlı heç bir açıqlama qeyd edilməyib. Bu qətnamə İrana BMT-nin Təhlükəsizlik Şurasının razılığı olmadan hər hansı bir tərəfə silah satışını və ixracını qadağan edir.

 

Yarım illik raportda Quterreş yazıb: “Bu iki raket sistemi İran istehsalı olan sistemlərlə oxşardır və onların üzərində mövcud olan əlamətlər sistemlərin 2006-2017- ci illər ərzində istehsal olunduğunu göstərir.”

 

Raportda həmçinin koalisiya qüvvələri tərəfindən qalıqları tapılmış bir ədəd yer-hava tipli raket üzərində aparılmış araşdırmaların da onun İran istehsalı olan raketlərlə oxşar xüsusiyyətlərə sahib olduğunu göstərdiyi qeyd edilib.

 

Qeyd edək ki, BMT daha əvvəl Səudiyyə Ərəbistanına atılmış 3 balistik raketin qalıqları üzərində 25 mart və 11 aprel tarixində apardığı tədqiqatlardan sonra bildirmişdi ki, bu raketlər İran istehsalı olan orta mənzilli Qiyam 1 raketləri ilə oxşar komponentlərə və dizayna sahibdir.

 

Ə.A

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN