Bolton: “İran beynəlxalq sülh və təhlükəsizliyə qarşı təhdidləri artırıb”

Bolton: “İran beynəlxalq sülh və təhlükəsizliyə qarşı təhdidləri artırıb”

GünAz TV: İsrailin Baş Naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransı keçirən Amerika prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton İranın beynəlxalq sülh və təhlükəsizliyə qarşı yaratdığı təhdidləri artırdığını deyib.

 

Boltonun sözlərinə görə, İran nüvə proqramını genişləndirməyə davam edir və nüvə razılaşmasından çıxacağı ilə bağlı Qərbi təhdid edir. Bu isə qeyd edilən razılaşmanın səmərəsiz olduğunu bir daha isbata yetirir.

 

Donald Trampın müşaviri əlavə edib ki, rəsmi Tehran İraq, Suriya, Livan, Əfqanıstan və Yəmən kimi ölkələrdə terror qruplaşmalarına dəstək göstərməklə, region və dünyada sülhü təhdid edir.

 

Benyamin Netanyahu isə İranın nüvə razılaşmasından sonra əldə etdiyi pullar vasitəsilə terror təşkilatlarına daha çox yardım etdiyini, bununla da beynəlxalq sülh və əmin-amanlığa ciddi təhdid yaratdığını deyib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN