Bolton: “İran davranışın dəyişməsə, bədəlini ödəməli olacaq”- FOTO

Bolton: “İran davranışın dəyişməsə, bədəlini ödəməli olacaq”- FOTO

GünAz TV: Ağ evin neft sanksiyalarında istisna ölkələrə verilmiş möhlət hüququnun uzadılmamasına qərar verməsidən sonra Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton bu qərar və “Sepah”ın terror təşkilatları siyahısına salınmasının Amerikanın qətiyyətini İrana isbat etməli olduğunu deyib.

 

Bolton bununla bağlı rəsmi “Twitter” səhifəsində yazıb: “İran rejimi dərk etməlidir ki, ya elə indicə öz davranışların dəyişməli, ya da hazırki dağıdıcı siyasətlərinin bədəlini ödəməlidir, hansı ki, bu, yalnız İran xalqına zərər vurur.”

Qeyd etmək lazımdır ki, 2018-ci ilin noyabr ayında Amerika Birləşmiş Ştatlarının İranın neft və qaz sektoruna qarşı tətbiq etdiyi sanksiyalarda 8 ölkəyə 180 gün müddətində öz daxili təlabatlarını ödəmək üçün sanksiyalara tuş gəlməməklə İrandan neft alışını davam etdirməyə möhlət hüququ verilmişdi. Dünən Ağ Ev ABŞ-ın may ayının əvvəllərində sona çatacaq bu müddəti uzatmayacağını bəyan edib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN