Bolton: "MAGATE İranın gizli nüvə fəaliyyətinin olmasını ehtimal edir"

Bolton:

GünAz TV: Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAGATE) İranın gizli nüvə fəaliyyətləri barədə Qubernatorlar şurasına məlum verdiyini bildirib.


O, agentliyin müvəqqəti katibinin Tehrana səfərindən öncə MAGATE-nin Qubernatorlar şurasına İranın haqqında hesabat vermədiyi nüvə maddələri və fəaliyyətinin mövcud olması ehtimalı barədə məlumat verib.


Bolton ABŞ-ın İranın nüvə fəaliyyətləri barədə ən qısa zamanda ətraflı hesabatı gözləyən ölkələrin sırasına qoşulduğunu da vurğulayıb.


Bundan öncə, avqust ayının 30-da "Washington Examiner" jurnalı etibarlı mənbələrə istinadən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin gələcək hesabatında İranın qeyri-qanuni və gizli nüvə fəaliyyətlərinin yaratdığı narahatlığı qeyd edəcəyilə bağlı məlumat yaymışdı.


Məlumatda Qubernatorlar şurasına üzv ölkələrdən birinin adının açıqlanmadığı yüksək vəzifəli rəsmisininə istinadən bildirilirdi: "Biz hesabatın yazılma tərzindən anladıq ki, İran bəzi nüvə fəaliyyətləri ilə bağlı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə məlumat verməyib."


İran hələ ki, nə Boltonun, nə də jurnalın məlumatına reaksiya verməyib.


Xatırladaq ki, MAGATE-nin müvəqqəti sədri Kornel Feruta İranın nüvə fəaliyyətləri ilə bağlı müzakirələr aparmaq üçün dünən Tehrana yola düşüb. O, səfər çərçivəsində ölkənin bəzi rəsmiləri ilə görüşüb.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN