Boltondan Zərifə: “Amerika yalançılığa göz yummur”

Boltondan Zərifə: “Amerika yalançılığa göz yummur”

GünAz TV: Amerika Birləşmiş Ştatları prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Zərifə qarşı sanksiyalar qoyulmasına münasibət bildirib.

 

O, bu qərarı alqışlayıb və maksimum təzyiq siyasətinin bir hissəsi adlandırıb. Öz şəxsi “Twitter” səhifəsində yazdığı statusda Bolton prezident Trampın İranın şər addımlarına qarşı təzyiq siyasətinin davam edəcəyini bir daha vurğulayıb.

 

“Birləşmiş Ştatlar yalançılıq edən, terroru dəstəkləyən və günahsız iranlılara zülm edən fasid və riyakar rəsmilərə dözməyəcək”- deyə Bolton əlavə edib.

 

Xatırladaq ki, Amerika Birləşmiş Ştatlarının Maliyyə Nazirliyin avqustun 1-də İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin sanksiyalar siyahısına salındığı barədə məlumat yaymışdı.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN