Borazcan şəhərində su qıtlığından əziyyət çəkən on minlərlə insan küçələrə axışaraq rejimə qarşı şüarlar səsləndirib – FOTOLAR və VİDEOLAR

Borazcan şəhərində su qıtlığından əziyyət çəkən on minlərlə insan küçələrə axışaraq rejimə qarşı şüarlar səsləndirib – FOTOLAR və VİDEOLAR

GünAzTV: İyulun 7-si axşam saatlarında İranın Buşehr əyalətinin Borazcan şəhərində təmiz və içməli su qıtlığından əziyyət çəkən on minlərlə insan küçələrə axışaraq rejimə qarşı şüarlar səsləndiriblər.

 

Hakimiyyətin və yerli məsulların səriştəsizliyindən cana gələn etirazçılar, şəhər fərmandarı binası qarşısında toplaşaraq rəsmiləri Buşehr əyalətində yaranmış su qıtlığına görə cavabdeh olmağa çağırıblar. “Suriyanı burax, bizə gün ağla”, “Ləyaqətsiz məsul şəxslər, istefa, istefa”, “Din adı altında bizi talan edirlər”, “Molla rejimini istəmirik”, “Diktatora ölüm”, “Biz su istəyirik” və digər şüarlar səsləndirən aksiyaçılar rejimin xarici siyasətinə və onun Suriya diktatoruna dəstəyinə etiraz bildiriblər.

 

Yayılan məlumata əsasən, Borazcanın imam cüməsi və əyalətin bir sıra digər rəsmiləri etirazçılar içinə gəlib yalançı vədlərlə etirazları yatırtmağa çalışsalar da, buna nail ola bilməyiblər. Etirazçılar tərəfindən fitə basılan həmin şəxslər, xalqın qəzəbini görəndən sonra hadisə yerini tərk etmək məcburiyyətində qalıblar. Dörd saat sürən etirazlarda mümkün həbslərin olub-olmaması barədə hər hansı bir məlumat yayılmayıb.  

 

Xatırladaq ki, ölkədə yaranmış su qıtlığına görə bir həftə əvvəl İranın Xuzistan əyalətinin Xürrəmşəhr və digər şəhərlərində də hakimiyyətə qarşı kütləvi etirazlar keçirilib.

 

İyunun 30-u axşam saatlarında on minlərlə Xürrəmşəhr sakini küçələrə axışaraq, rejimin su qıtlığından əziyyət çəkən əhalinin tələblərinə laqeyd qalmasına qarşı yürüş keçirərək, rejimə, İranın dini lideri axund Əli Xamneyiyə və digər rəsmilərə qarşı şüarlar səsləndiriblər. Nəticədə hökumət qüvvələrinin dinc yürüşə kobud müdaxiləsi nəticəsində hər iki tərəf arasınd qarşıdurma yaranıb. Dinc yürüş iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edildikdə,  etirazçılar polisə daş ataraq özlərini müdafiə etməyə çalışıblar. Lakin polis qüvvələrinin etirazçılara odlu silahlardan atəş açması nəticəsində ən azı 4 nəfər həlak olub, onlarla insan yaralanıb.

 

 

 

 

 

 

VİDEOLAR:

 

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN