Borazcanda yaranmış su qıtlığına görə rejimə qarşı etirazlar davam edir – VİDEOLAR

Borazcanda yaranmış su qıtlığına görə rejimə qarşı etirazlar davam edir – VİDEOLAR

GünAzTV: İranın Buşehr əyalətinin Borazcan şəhərində yaranmış su qıtlığına görə rejimə qarşı kütləvi etirazlar davam edir.

 

Son bir neçə gündə olduğu kimi, iyulun 8-i axşam saatlarında isti hava şəraitində susuzluqdan əziyyət çəkən minlərlə borazcanlı küçələrə axışaraq rejimə qarşı şüarlar səsləndiriblər. Küçədə etiraz yürüşü keçirən Borazcan sakinləri “Diktatora ölüm”, “Heç kəs qorxmasın, biz hamımız birik və bir yerdəyik”, “Biz, molla hakimiyyətini istəmirik” və digər şüarlar səsləndirərək rəsmilərdən şəhərdə və ətraf bölgələrdə yaranmış su qıtlığının aradan qaldırmasını, əhaliyə təmiz içməli suyun verilməsini tələb ediblər.

 

Şəhərin əsasən “Çəmran” küçəsində və “17 Şəhrivər” meydanında toplaşan etirazçılar həmçinin “Biqeyrətlər kənarda durub baxır, qadınlar isə bizə qoşulur” şüarını səsləndirərək, kənarda dayanıb etirazları seyr edən vətəndaşları qorxunu bir kənara ataraq aksiyaçılara qoşulmağa çağırıblar.

 

Gecə saatlarına qədər davam edən dinc etirazlarda mümkün həbslərin olub-olmadığı barədə hər hansı bir məlumat yayılmayıb.

 

Xatırladaq ki, ölkədə yaranmış su qıtlığına görə bir həftə əvvəl İranın Xuzistan əyalətinin Xürrəmşəhr, Abadan, Əhvaz, Şadqan və digər şəhərlərində də hakimiyyətə qarşı kütləvi etirazlar keçirilib.

 

VİDEOLAR:

 

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN