Boris Conson: “Heç vaxt və heç bir şərtlə İran nüvə silahı əldə etməməlidir.”

Boris Conson: “Heç vaxt və heç bir şərtlə İran nüvə silahı əldə etməməlidir.”

GünAz TV: Britaniyanın baş naziri Boris Conson bildirib ki, İranın hələ də nüvə razılaşmasında üzərinə götürdüyü öhdəliklərə əməl etməyə və nüvə proqramı çərçivəsində müzakirələr aparmağa qayıtmağa şansı var.

 

Fransanın Biarrits şəhərində baş tutmuş G-7 ölkələrinin toplantısından sonra mətbuat konfransı keçirən Conson bildirib ki, “heç vaxt və heç bir şərtlə İran nüvə silahı əldə etməməlidir”.

 

O, sonda İranı regionda qeyri-stabil vəziyyət yaradan və təxribatçı addımlardan çəkinməyə çağırıb.

 

Qeyd etmək lazımdır ki, Amerika 2018-ci ildə nüvə razılaşmasını tərk etsə də, Britaniya, Rusiya, Fransa, Almaniya və Çin razılaşmada qalıblar. Bu ölkələrin sözlərinə görə, İran öz öhdəliklərinə əməl etdiyi zamana qədər tərəflər razılaşmaya əməl edəcəklər.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN