Boris Conson İngiltərəni nüvə razılaşmasından çıxara bilər

Boris Conson İngiltərəni nüvə razılaşmasından çıxara bilər

GünAz TV: Britaniya parlamentinin mühafizəkar deputatı Metyu Offord Boris Conson hökumətinin Amerika kimi İranla 5+1 ölkələri arasında imzalanmış nüvə razılaşmasından çıxacağına inandığını deyib.

 

O, Boris Consonun baş nazir seçilməsindən sonra xarici televiziyalardan birinə verdiyi müsahibədə bildirib ki, Britaniya İranla hərbi münaqişəyə girmək niyyətində deyil, lakin rəsmi Tehranla qətiyyətli davranmaq lazımdır.

 

Tehranla London arasında münasibətlər Britaniya Hərbi Dəniz Qüvvələrinin İrana məxsus tankeri Cəbəli- Tariq boğazında saxlamasından sonra gərginləşib. İranın da buna cavab olaraq Britaniyaya məxsus gəmini Hörmüz boğazında saxlamasından sonra bu gərginlik daha da alovlanıb. İyulun 22-də olanlara münasibət bildirən Britaniyanın xarici işlər naziri Ceremi Hant İranın addımını dövlət səviyyəsində həyata keçirilən dəniz quldurluğu adlandırıb.

 

Metyu Offord həmçinin qeyd edib ki, Conson hökuməti nüvə razılaşmasından çıxdıqdan sonra İrana qarşı yenidən sanksiyalar tətbiq edə bilər.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN