Borrel Hong Kong və Sincan məsələlərini Çinin daxili işi hesab etmir

Borrel Hong Kong və Sincan məsələlərini Çinin daxili işi hesab etmir

GünAz TV: Avropa diplomatiyasının rəhbəri Josep Borrel, Hong Kong və Sincan-Uyğur Muxtar Rayonunda insan hüquqlarına riayət edilməsi ilə bağlı məsələləri Çinin daxili işləri olmadığını söyləyib.

 

Trend-in məlumatına görə, J.Borrel Madriddə keçirilən "Asiya-Avropa Forumu" təşkilatı ölkələrinin xarici işlər nazirlərinin görüşündə deyib: "Aydındır ki, belə hallarla qarşılaşdıqda başqa ölkənin daxili işlərinin ərazisinə girirsiniz. Lakin insan hüquqları daxili iş deyil, ümumbəşəri bir problemdir"

 

Diplomat dekabrın 15-də Çinin xarici işlər naziri Vang Yi ilə görüşərkən ona Aİ-nın ölkədəki insan haqları ilə bağlı narahatçılığını çatdırıb. Eyni zamanda, Çindən gələn nazirlə "müstəsna münasibətlər" saxladığını söyləyərək, oxşar məsələlər qaldırıldığı "ölkələrə tam hörmət" göstərilməsinin lazım olduğunu qeyd edib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN