Böyük Britaniya “Fars” körfəzinə 3-cü hərbi gəmisini göndərib

Böyük Britaniya “Fars” körfəzinə 3-cü hərbi gəmisini göndərib

GünazTV: Böyük Britaniya azad sularda ticari gəmilərin sərbəst hərəkətini təmin etmək üçün “Fars” körfəzinə daha 1 hərbi gəmi göndərib.

 

Bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Vallas (Ben Wallace) avqustun 24-də jurnalistlərə açıqlama verib.

 

O deyib ki, regionda çaxnaşmalar yaşanmasını nəzərə alaraq, Böyük Britaniyanın “HMS Defender” adlı üçüncü hərbi gəmisi İran körfəzinə yola düşüb: “HMS Defender” gəmisi Hörmüz boğazında Britaniya bayrağı altında üzən gəmiləri eskort edəcək. Biz, dünyanın istənilən yerində üzərində bayrağımız dalğalanan gəmiləri və azad gəmiçiliyi qorumağa tam hazırdırıq” –deyə Böyük Britaniyanın müdafiə naziri Ben Vallas əlavə edib.

 

Bundan əvvəl Britaniyanın  “Monrose” və “Duncan” adlı iki hərbi gəmisi körfəzə göndərilsə də, az sonra bölgəyə ezam edilən “HMS Kent” hərbi gəmisi “Duncan”i əvəz edib. Beləliklə də “HMS Defender” gəmisi, Britaniya hökumətinin körfəzə göndərdiyi üçüncü hərbi gəmisidir.

 

Xatırladaq ki, iyulun 19-da “Sepah”ın körfəzdəki sürət qayıqları Hörmüz Boğazında üzən  Britanıyaya məxsus “Stena İmpero” adlı tankeri saxlayıblar. “Sepah”, Britaniya tankerini beynəlxalq dənizçilik qanunlarını pozduğuna görə saxladığını bəyan edib.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN