Böyük Britaniyanın “Royal Mail” poçt idarəsi İrana məktub və bağlamalar göndərilməsi ilə bağlı xidmətini dayandırıb

Böyük Britaniyanın “Royal Mail” poçt idarəsi İrana məktub və bağlamalar göndərilməsi ilə bağlı xidmətini dayandırıb

GünazTV: Böyük Britaniyanın “Royal Mail” poçt idarəsi İrana məktub və bağlamalar göndərilməsi ilə bağlı xidmətini dayandırdığını bildirib.

 

“Royal Mail” poçt idarəsi rəsmiləri aprelin 12-də BBC-yə açıqlamalarında bildiriblər ki, bu idarə İrana qarşı tətbiq edilən beynəlxalq sanksiyalara görə İrana hər hansı bir məktub və ya poçt bağlamalarını göndərməyə qadir deyil.

 

Həmçinin “Royal Mail” poçt idarəsinin nəzdində fəaliyyət göstərən “Parcel Post” şirkəti də tətbiq edilən sanksiyaları nəzərə alaraq, növbəti xəbərdarlığa qədər İrana poçt xidmətlərini dayandırdığını elan edib.

 

 

İranın Londondakı səfiri Həmid Bəidinejad aprelin 12-də “Twitter” səhifəsində yazdığı bir statusda bildirib ki, o İrana poçt xidmətinin aradan qaldırılması üçün Böyük Britaniyanın Xarici İşlər Nazirliyinə və bu ölkənin poçt şirkətinə müraciət edib: “Mənim müraciətlərimdən sonra bəlli olub ki, Böyük Britaniyanın Xarici İşlər Nazirliyi və bu ölkənin poçt şirkəti “Royal Mail”in bu qərarından şoka düşüblər. Onlar, yaranmış problemi tez bir zamanda aradan qaldıracaqlarına söz veriblər” – deyə Həmid Bədiinejad əlavə edib.

 

İranın Londondakı səfiri Həmid Bəidinejad

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN