Brayan Huk: “2020-ci ildə İranın iqtisadi böhranı daha da dərinləşəcək”

Brayan Huk: “2020-ci ildə İranın iqtisadi böhranı daha da dərinləşəcək”

GünazTV: ABŞ-ın Dövlət Departamentinin İran məsələləri üzrə özəl işçi qrupunun rəhbəri Brayan Huk dekabrın 30-da “Əl-Hürrə” telekanalına açıqlamasında İranın regionda apardığı terrorçu fəaliyyətindən, ağır iqtisadi durumundan və Vaşinqtonun Tehrana qarşı maksimum təzyiq siyasətindən danışıb.

 

Huk deyib ki, Amerikanın iqtisadi baxımdan İran rejiminə qarşı maksimum təzyiq siyasəti 2020-ci ildə də davam edəcək: “Son üç ildə Tramp hökuməti İranın nüvə sazişinin imzalanmasından sonra imtiyazlar əldə edə bilməsi üçün şərait yaradan prosesi dayandırdı. Çünki, İran sanksiyaların azaldılması nəticəsində əldə etdiyi pulları özünün Livandakı təmsilçi qruplarına, Suriya və İraqda yaraqlı şiə qruplaşmalarına, Yəmən husilərinə, eləcə də “Həmas”a və Bəhreyndəki gizli radikal qruplara sərf etdi.

 

Lakin o dövr artıq geridə qalıb və İran rejiminin pulu yoxdur ki, öz ekspansionist xarici siyasətini davam etdirə bilsin. Belə ki, bu gün İran rejimi öz tarixinin ən böyük iqtisadi böhranı ilə üz-üzə qalıb. Sözsüz ki, bu böhran 2020-ci ildə daha da dərinləşəcək və İrandakı ağır iqtisadi durum indikindən daha pisləşəcək. Bir sözlə, 2019-cu il İran rejimi üçün çox pis və ağır bir il idi və yeni ildə vəziyyət bundan da  ağır olacaq” –deyə, ABŞ-ın Dövlət Departamentinin İran məsələləri üzrə özəl işçi qrupunun rəhbəri Brayan Huk əlavə edib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN