Brayan Huk: “Amerika İranla yeni nüvə razılaşması imzalamaq üçün müzakirələr aparmaq istəyir”

Brayan Huk: “Amerika İranla yeni nüvə razılaşması imzalamaq üçün müzakirələr aparmaq istəyir”

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin İran üzrə Xüsusi İşçi Qrupunun rəhbəri Brayan Huk mayın 9-da “Əlarabiyya” telekanalına verdiyi müsahibədə ölkəsinin İranla yeni nüvə razılaşması imzalamaq üçün müzakirələr aparmaq istədiyini deyib.

 

Hukun sözlərinə görə, əgər bu razılaşma əldə edilərsə, o, rəsmən beynəlxalq müqavilə kimi tanınmaq üçün Konqresə təqdim ediləcək.

 

Diplomat həmçinin maksimum təzyiq siyasəti çərçivəsində rəsmi Vaşinqtonun Tehrana qarşı yeni sanksiyalar qəbul edəcəyinin anonsunu da verib.

 

Xatırladaq ki, Brayan Huk bundan öncə 2 dəfə də oxşar bəyanatla çıxıb edib, lakin İran prezidenti Həsən Ruhani və Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif onun bu təşəbbüsünə müsbət yanaşmayıblar.

 

İranla 5+1 ölkələri arasında nüvə razılaşması mövcud olsa da, Tramp administrasiyası onu naqis adlandıraraq, 2018-ci ilin may ayının 8-də bu razılaşmadan çıxıb. Rəsmi Vaşinqton yeni müzakirələrin yalnız İranın nüvə proqramı ilə bağlı deyil, eləcə də raket proqramı, terrorizmə göstərdiyi dəstək və regionda dağıdıcı fəaliyyətləri ətrafında da aparılmasını istəyir.  

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN