Brayan Huk: “Amerikanın hərbi qüvvələri İran təhlükəsinin qarşısını almaq üçün Səudiyyə Ərəbistanına göndərilir”

Brayan Huk: “Amerikanın hərbi qüvvələri İran təhlükəsinin qarşısını almaq üçün Səudiyyə Ərəbistanına göndərilir”

GünazTV: ABŞ-ın Dövlət Departamentinin İran üzrə Xüsusi İşçi Qrupunun rəhbəri Brayan Huk oktyabrın 11-də jurnalistlərə açıqlamasında İranın regional təhlükəsindən və Səudiyyə Ərəbistanına göndərilən yeni hərbi qüvvələrdən danışıb.

 

Öz açıqlamasında İranın raket proqramının region üçün təhlükə yaratdığını deyən Huk bildirib ki, Amerika İranla müharibə tərəfdarı deyil: “Amerikanın hərbi qüvvələri yalnız İran təhlükəsinin qarşısını almaq üçün Səudiyyə Ərəbistanına göndərilirlər. Biz İranla hərbi baxımdam qarşı-qarşıya gəlmək istəmirik. Lakin bir şey də var ki, İranın raket proqramının qarşısı alınmalıdır. Çünki İran apardığı nüvə və raket fəaliyyəti ilə bağlı mövcud nigaranlıqların diplomatik yollarla aradan qaldırılması üçün edilən bütün təklifləri rədd edib.

 

Hesab edirik ki, Avropa İttifaqı İrana qarşı təzyiqini artırmalı, onun raket proqramının inkişafına mane olmalıdır. İran həm də regionda həyata keçirdiyi hücumlarına son qoymalıdır” –deyə, ABŞ-ın Dövlət Departamentinin İran üzrə Xüsusi İşçi Qrupunun rəhbəri Brayan Huk əlavə edib.

 

“Röyters” agentliyi adlarının çəkilməsini istəməyən mənbələrə istinadən bildirir ki, Amerikanın Səudiyyə Ərəbistanına əlavə hərbi qüvvələr göndərməsi, sentyabrın 14-də Aramco neft təsisatlarına qarşı dron hücumları ilə əlaqədardır. Vaşinqton və Ər-Riyad həmin hücumların arxasında İranın durduğunu bildirsələr də, rəsmi Tehran bu ittihamı rədd edərək, hücumların Yəməndəki husilər tərəfindən həyata keçirildiyini iddia edir.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN