Brayan Huk: “Ayətullahların hakimiyyəti İran milləti üçün faciəyə çevrilib”

Brayan Huk: “Ayətullahların hakimiyyəti İran milləti üçün faciəyə çevrilib”

GünazTV: ABŞ-ın Dövlət Departamentinin İran məsələləri üzrə özəl işçi qrupunun rəhbəri Brayan Huk dekabrın 12-də Xarici Əlaqələr Şurasının toplantısında çıxış edərək, İranın çökməkdə olan iqtisadiyyatından, ruhanilərin ölkədə yaratdığı faciədən və rejimə qarşı son dinc etirazlardan danışıb.

 

Huk deyib ki, islam respublikası rəhbərlərinin ölkə iqtisadiyyatını dirçəltmək üçün 40 il fürsəti olduğu bir halda onlar həmin fürsəti hədər verərək, xalqın güzəranını yaxşılaşdırmaq əvəzinə ölkə sərvətlərini islam inqilabının digər ölkələrə ixracına sərf ediblər: “İrana qarşı maksimum təzyiq siyasətinin davam etdirilməsi ilə, rejimin bu təzyiqə tab gətirmək gücünü getdikcə azaldacaq. Bu gün, iqtisadi baxımdan İran rejiminin əli boşa çıxıb. İran rejimi ya pul çap etdirməli, ya da öz vətəndaşlarının aylıq məvaciblərinin ödənişini geriyə atmalıdır.

 

İranın neft sektorunun kiçilməsi ilə rejim artıq ziyandan başqa nəticəsi olmayan öz şirkətlərini qoruyub saxlamağa qadir olmayacaq. Rejim artıq çıxılmaz vəziyyətdədir. İran İslam Respublikası artıq öz etibar və legitimliyini tamamilə itirib. Bunun əsas təqsirkarı da özləridir. Bu sistemdə yalnız korrupsioner müdirlər inkişaf edə bilirlər. Lakin Amerikanın tətbiq etdiyi sanksiyalar bu kimi korrupsiya hallarını ifşa edib, mövcud fəsadı üzə çıxarıb. Daha doğrusunu desək, “ayətullah”ların hakimiyyəti İran milləti üçün bir faciəyə çevrilib.

 

İran xalqı həqiqətən də ölkəyə hakim mövcud vəziyyətdən yorulub. İslam respublikası tarixində ən böyük etirazlardan biri sayılan son dinc etirazlarda xalq kütlələri dinc şəkildə küçələrə axışaraq öz sözünü dedi. Lakin rejim və onun başçıları öz xalqını dələduz adlandırdı. Halbuki əsl dələduz dinc şəkildə etirazını bildirən xalqa atəş açanlardır.

 

Hesab edirik ki, İran rejimi ya regionda yürütdüyü dağıdıcı siyasətindən əl çəkib, Amerika ilə danışıqlara başlamalı, ya da öz iqtisadiyyatının çökməsinin şahidi olmalıdır. Lakin təəssüflər olsun ki, İran lideri ölkə iqtisadiyyatının çökməsinə üstünlük verib. Beləliklə də demək olar ki, İran rejimi yalnız iqtisadi təzyiq dilini qanır və onunla bu dildə danışmaq lazımdır.

 

İranda baş verən son etirazlara gəlincə, bəziləri belə bir fikir səsləndirirdilər ki, əgər biz islam respublikasına qarşı iqtisadi təzyiqi gücləndirsək, İran xalqı rejimin arxasında toplaşacaq, ona dəstək verəcək. Lakin hamının gördüyü kimi, hər şey əksinə oldu. İranın müxtəlif şəhərlərində keçirilən aksiyalarda etirazçı xalqın Amerikaya qarşı şüar səsləndirməsinin və ya Amerika bayrağını yandırmasının şahidi olmadıq. Heç kəs Donald Trampın şəkillərini yandırmadı. Lakin hamımız ayətullah Xamneyinin şəkillərinin etirazçılar tərəfindən yandırılmasının şahidi olduq” –deyə, ABŞ-ın Dövlət Departamentinin İran məsələləri üzrə özəl işçi qrupunun rəhbəri Brayan Huk əlavə edib.

 

 

Xatırladaq ki, noyabrın 15-dən başlayaraq, İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı keçirilən kütləvi etirazlar və səsləndirilən şüarlar qısa zaman içində molla rejiminə qarşı yönəlib. Ölkənin 200-ə yaxın şəhərində keçirilən etirazlarda rejim qüvvələrinin dinc etirazçılara qarşı göstərdiyi misli görünməmiş vəhşilik və qəddarlıq dünya ictimaiyyətini şoka salıb. Belə ki, hökumət, “Sepah”, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı odlu silahlardan açdığı atəş nəticəsində 1000-ə yaxın insan qətlə yetirilib, 3700 aksiyaçı güllə yarası alıb, Tehranda və digər şəhərlərdə 8 mindən çox etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

 

Etirazlar zamanı həmçinin ən azı 7 “Sepah” və “Bəsic” muzdlusu, eləcə də 3 axund öldürülüb, birinə isə bədən xəsarəti yetirilib, cəhalət, xurafat və üfunət mərkəzi sayılan 15-ə yaxın dini mədrəsə (mollaxana) etirazçılar tərəfindən yandırılıb.

 

Molla rejiminin repressiya maşınını işə salmasına baxmayaraq, ölkədə yaşanan inqilabi vəziyyət və iri şəhərlərdə elan olunmamış fövqəladə vəziyyət rejimi davam edir.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN