Brayan Huk: “İran iki variantdan birini seçməlidir. Ya Orta Şərqin sabitliyini pozmağı dayandırmalı, ya da köçməlidir”

Brayan Huk: “İran iki variantdan birini seçməlidir. Ya Orta Şərqin sabitliyini pozmağı  dayandırmalı, ya da köçməlidir”

GünAzTV: ABŞ Dövlət Departamentində  yaradılmış İran məsələləri üzrə özəl işçi qrupunun rəhbəri Brayan Huk, noyabrın 19-da jurnalistlərə açıqlamasında İranın regionun sabitliyinə qarşı yürütdüyü siyasətindən və beynəlxalq terrorizmə dəstəyindən danışıb.

 

Ö açıqlamasında İranı dünyada beynəlxalq terrorizmin ən böyük himayədarı adlandıran Huk bildirib ki, rəsmi Tehran, regional dağıdıcı siyasətindən əl çəkməlidir: “İran rejimi iki variantdan birini seçməlidir. O, ya Orta Şərqin sabitliyini pozmağı  dayandırmalı, ya da köçməlidir. Bizim İrana qarşı tətbiq etdiyimiz sanksiyalarda məqsəd, terrorçu qruplaşmalara yardım edən Tehranın gəlirlərinin qarşısını almaq, minimuma endirməkdir. Bununla bağlı “Swift” maliyyə sistemi də İranın 50 bankı ilə əməkdaşlığını və onlara hər hansı bir xidmətini dayandırıb.

 

Biz, atdığımı addımlarda və verdiyimiz qərarlarda çox ciddiyik. Bir daha təkrar edirəm ki, İran iki yoldan birini seçməlidir. O, Orta Şərqdə saxbitliyi pozmaqdan əl çəkməlidir, yoxsa bu rejim mütləq tamamilə köçəcək”.

 

Xatırladaq ki, noyabrın 5-dən başlayaraq, Amerikanın İrana qarşı geniş miqyaslı sanksiyalarının, o cümlədən də İran neftinin satışına qadağaların icrasına başlanılıb.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN