Brayan Huk: “İran rejimi son etirazlarda 1000-dən çox insanı qətlə yetirib”

Brayan Huk: “İran rejimi son etirazlarda 1000-dən çox insanı qətlə yetirib”

GünazTV: ABŞ-ın Dövlət Departamentində yaradılmış İran məsələləri üzrə özəl işçi qrupunun rəhbəri Brayan Huk dekabrın 5-də jurnalistlərə açıqlamasında İranın təhlükəsizlik və hüquq-mühafizə qüvvələrinin son etirazlarda törətdiyi qətliamın dəhşətli miqyasından danışıb.

 

Huk deyib ki, Amerikanın Dövlət Departamentinə İranda rejim qüvvələrinin dinc etirazçılara qarşı repressiya və törətdiyi qırğını barədə 32 min video və şəkil daxil edilib: “İran rejimi ildən-ilə xalqın böyük bir kəsiminin dəstəyini itirir. Hazırda isə demək olar ki, İran xalqı islam respublikasına hakim dindar fasid və korrupsioner mafiyadan üz döndərib. Bir sözlə, İranda baş verən kütləvi etirazlar Amerika Birləşmiş Ştatlarına qarşı yox, ölkəyə hakim korrupsioner təbəqə və mafiyanın əleyhinə keçirilib.

 

İranın Xuzistan əyalətinin Mahşəhr şəhərində dinc etirazçılar yolu bağladıqdan sonra xəbərdarlıq edilmədən “Sepah” qüvvələrinin hücumuna məruz qalıblar. “Sepah” qüvvələri yük maşınlarının arxasında yerləşdirdikləri pulemyotlarla ətraf qamışılıqlara pənah aparan dinc etirazçılara atəş açıblar. Atəş nəticəsində həmin qamışlıqlarda 100-dən çox insan qətliam edilib. “Sepah”çılar isə qətlə yetirdikləri həmin etirazçıların meyitlərini yük maşınlarla naməlum istiqamətə aparıblar.

 

Bizə daxil olan məlumatlara əsaslanaraq, çox ehtimal ki,  İran rejimi son etirazlarda 1000-dən çox insanı qətlə yetirib. Bu bizim təxminimizdir. Lakin İran rejimi etirazlarda öldürdükləri insanların dəqiq sayı barədə hər hansı bir açıqlama verməkdən boyun qaçırırlar. Qətlə yetirilənlər arasında 13-14 yaşlaında olan uşaqlar və yeniyetmələr də var. İran rejiminin məsulları qətlə yetirilənlərin cənazələrinin ailələrinə təhvil verilməsi qarşısında onların valideynlərindən güllə pulu ödəməyi, eləcə də qətlə yetirilən övladlarına yas saxlamayacaqları və məsələ ilə bağlı mediaya müshibə verməyəcəkləri barədə yazılı iltizam tələb edirlər. Bu isə qəbuledilməzdir.

 

Biz, İran rejiminin dinc etirazçılara qarşı tərətdiyi qırğınları kəskin pisləyir, etirazlarda həbs edilən 7 mindən çox etirazçının və digər siyasi məhbusların dərhal azadlığa buraxılmasını tələb edirik” –deyə, ABŞ-ın Dövlət Departamentinin İran məsələləri üzrə özəl işçi qrupunun rəhbəri Brayan Huk əlavə edib.

 

 

Xatırladaq ki, noyabrın 15-dən başlayaraq, İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı keçirilən kütləvi etirazlar və səsləndirilən şüarlar qısa zaman içində molla rejiminə qarşı yönəlib. Ölkənin 200-ə yaxın şəhərində keçirilən etirazlarda rejim qüvvələrinin dinc etirazçılara qarşı göstərdiyi misli görünməmiş vəhşilik və qəddarlıq dünya ictimaiyyətini şoka salıb. Belə ki, hökumət, “Sepah”, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı odlu silahlardan açdığı atəş nəticəsində 500 nəfərdən çox insan qətlə yetirilib, 3700 aksiyaçı güllə yarası alıb, Tehranda və digər şəhərlərdə 7 mindən çox etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

 

Rejim qüvvələrinin odlu silahlardan açdığı atəş nəticəsində qətlə yetirilənlərdən 18-i azyaşlı uşaqlar və yeniyetmələrdir.

 

Etirazlar zamanı həmçinin ən azı 7 “Sepah” və “Bəsic” muzdlusu, ən azı 3 axund həlak olub, cəhalət, xurafat və fəsad mərkəzi sayılan 15-ə yaxın dini mədrəsə (mollaxana) etirazçılar tərəfindən yandırılıb. Bundan başqa, qəzəbli etirazçılar hakimiyyətə bağlı bir axundu ələ keçirdikdən sonra onun cinsi orqanını kəsib atıblar. Axund xəstəxanaya yerləşdirilib.

 

 

Molla rejiminin repressiya maşınını işə salmasına baxmayaraq, ölkədə yaşanan inqilabi vəziyyət və iri şəhərlərdə elan olunmamış fövqəladə vəziyyət rejimi davam edir.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN