Brayan Huk: “İran rejimi xalqının 16 milyard pulunu suriyalı və iraqlı yaraqlılara xərcləyib”

Brayan Huk: “İran rejimi xalqının 16 milyard pulunu suriyalı və iraqlı yaraqlılara xərcləyib”

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin İran üzrə Xüsusi İşçi Qrupunun rəhbəri Brayan Huk bildirib ki, İran rejimi öz xalqının 16 milyard dollarını Suriya və İraqda fəaliyyət göstərən yaraqlı qruplaşmalara xərcləyib.

 

Huk pulların həmin qruplaşmalara hansı yollar və formalarda çatdırılması barədə detalları açıqlamayıb. Lakin ötən il ABŞ Dövlət Departamenti öz rəsmi saytında dərc etdiyi 48 səhifəlik hesabatda İranın Yəmən, Suriya və İraq kimi ölkələrdə döyüşən özünə bağlı yaraqlılara 2012-2018-ci illər arasında 16 milyard dollar xərcləməsi barədə ətraflı məlumat vermişdi.

 

2015-ci ildə “Bloomberg” agentliyinin apardığı araşdırmada isə qeyd edilirdi ki, rəsmi Tehran Əsəd rejiminin qorunub saxlanması üçün hər il azı 6 milyard dollar vəsait xərcləyib və hətta bəzi məqamlarda bu məbləğ 15 milyarda çatıb.

 

İran ötən illər ərzində yalnız 2 dəfə rəsmi olaraq Suriyaya əmtəə ixracatı istiqamətində müvafiq olaraq 1 və 3.6 milyard dollar dəyərində kredit xətti ayırıb.

 

Digər tərəfdən, beynəlxalq dəniz naviqasiyası şirkətləri cari ilin may ayından sentyabra qədər İranın Suriyaya 9.5 milyon barel neft göndərdiyini bildirirlər. Bu həcmdə qara qızılın dəyəri 600 milyon civarında ölçülür. İranın neftin qarşılığında Əsəd rejimindən pul alıb-almadığı barədə isə məlumat yoxdur.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN