Brayan Huk: “İranın bölgədə atdığı addımlar xarici siyasət deyil, terrorizmə dəstəkdir”

Brayan Huk: “İranın bölgədə atdığı addımlar xarici siyasət deyil, terrorizmə dəstəkdir”

GünAzTV: ABŞ Dövlət Departamentində  yenicə yaradılmış İran məsələləri üzrə özəl işçi qrupunun rəhbəri Brayan Huk, noyabrın 29-da jurnalistlərə açıqlamasında İranın təxribat xarakterli regional siyasətindən və terrorizmə dəstəyindən danışıb.

 

Huk bildirib ki, İran Yəməndə radikal husiləri silahlandırır, Əfqanıstanda isə terrorçu Taliban qruplaşmasına hərbi dəstək verir: “İran terrorizmin ən böyüh himayədarı adını daşımaqdan imtina etməlidir. İranın bölgədə yürütdüyü siyasəti və onun atdığı addımları xarici siyasət deyil, terrorizmə dəstəkdir.

 

İran Yəmənin sabitliyini pozmaqla, bu ölkədə özünə ayaq yeri açmağa çalışır. Biz isə Yəməndə yeni bir “Hizbullah”ın yaranmasının şahidi ola bilmərik. Çünki hazırda Hizbullah”ın 100 min raketi var. İran bu günə qədər Yəməndəki şiə husilərə milyardlar dollar yardım edib. Bu isə qəbuledilməzdir. Hesab edirik ki, İranın Yəməndə öz nüfuzunu genişləndirməsinin qarşısı alınmalıdır”.

 

Brayan Hukun jurnalistlərlə görüşündə, İranın husilərə verdiyi yer-göy "Səyyad 2" adlı raketinin qalıqlarından nümunələr sərgilənib

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN