Brayan Huk: “İranın hərbi qüvvələri Suriyadan çıxmayınca Suriyanın yenidən bərpasına yardım etməyəcəyik”

Brayan Huk: “İranın hərbi qüvvələri Suriyadan çıxmayınca Suriyanın yenidən bərpasına yardım etməyəcəyik”

GünAzTV: Yanvarın 12-də Birləşmiş Ərəb Əmirliklərinə səfər edən ABŞ-ın Dövlət Departamentində  yaradılmış İran məsələləri üzrə özəl işçi qrupunun rəhbəri Brayan Huk jurnalistlərə açıqlamasında İranın Suriyadakı hərbi varlığından və Suriyanın yenidən bərpa olunmasından danışıb.

 

Abu-Dabidə CNBC telekanalına açıqlama verən Huk bildirib ki, Amerikanın Suriyanın bərpasına hər hansı bir yardımı, İranın bu ölkəni tərk etməsindən asılıdır: “Biz, İranın Livanın başına gətirdiklərini Suriyanın da başına gətirməsinə imkan verməyəcəyik. Bizim bu hədəfə nail olmaq üçün əlimizdə çoxlu imkanlarımız var. Bildiririk ki, İranın hərbi qüvvələri tamamilə Suriyadan çıxmayınca, Amerika Suriyanın yenidən bərpasına yardım etməyəcəyik.

 

Hesab edirik ki, əgər biz regionda hamı ilə əməkdaşlıq edib öz siyasətimizi istədiyimiz qaydada irəli aparsaq, Suriyada İranın nəzarətində fəaliyyət göstərən bütün yaraqlı qüvvələrdən xilas ola bilərik”.

 

Suriya

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN