Brayan Huk: “Özəl işçi qrupu İrana qarşı bütün addımların koordinasiya işini yerinə yetirəcək”

Brayan Huk: “Özəl işçi qrupu İrana qarşı bütün addımların koordinasiya işini yerinə yetirəcək”

GünAzTV: Amerika Dövlət Departamentində yenicə yaradılmış İran məsələləri ilə bağlı özəl işçi qrupunun rəhbəri Brayan Huk avqustun 17-də jurnalistlərə açıqlamasında başçılıq etdiyi qrupun üzərinə düşən öhdəliklərdən və onun aparacağı fəaliyyət sahələrindən danışıb.

 

O bildirib ki, İranla bağlı özəl işçi qrupunun yaranmasında əsas məqsəd, İrana qarşı maksimum iqtisadi təzyiq göstərmək, Tehranın raket proqramının inkişafına və beynəlxalq terrorizmə dəstəyə sərf etdiyi maddi gəlir mənbələrinin yolunu kəsmikdir: “ABŞ Dövlət Departamentində yaradılmış özəl işçi qrupu, Amerika hökumətinin nazrliklərində və onun tabeliyində olan əksər qurumlarda İrana qarşı atılacaq bütün addımların koordinasiya işini yerinə yetirəcək.

 

İran müxtəlif sahələrdə, o cümlədən də terrorizmə dəstək sahəsində mühüm rol oynayan ölkələrdən biridir. İranın terrorizmi maddı baxımdan təmin etməsi, onun beynəlxalq sularda təhrikçi əməlləri, raket proqramını inkişaf etdirərək bölgədə silah-sarsatın geniş yayılmasına təşəbbüs göstərməsi, ölkə daxilində isə insan hüquqlarını kobud şəkildə pozması buna bir misaldır.

 

Amerika prezidentinin İranla bağlı yeni straegiyasında məqsəd, İranın bütün dünyada Amerika və onun müttəfiqlərinə qarşı təhdidlərinə cavab vermək, Tehranın sülh və sabitliyə qarşı təhdidini aradan qaldırmaqdır. İran, ticarətdə əldə etdiyi gəlirlərinin böyük bir qismini terrorizmə dəstəyə sərf edir. Məhz buna görə də, biz İrana qarşı iqtisadi təzyiq göstərməklə, onun terrorizmə maddi yardımının və raket proqramını genişləndirməsinin qarşısını almağa çalışırıq”.

 

Xatırladaq ki, Amerikanın dövlət katibi Mayk Pompeo avqustun 16-da jurnalistlərə açıqlamasında Dövlət Departamentində İranla bağlı özəl işçi qrupunun yaradılmasından xəbər verib: “İranla bağlı yaradılan özəl işçi qrupuna hazırda Dövlət Departamentinin siyasi planlaşdırma şöbəsinin direktoru Brayan Huk rəhbərlik edəcək. Yaradılmış işçi qrupu, Amerikanın İranla bağlı yürütdüyü bütün siyasətinin icrasına tam nəzarət edə, hər şeyi diqqət mərkəzində saxlayacaq”.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN