Brayan Huk: “Sansiyalar bu günə qədər İranı 50 milyard dollarlıq neft satışından məhrum edib”

2019-06-27 13:44

GünazTV: Amerika Dövlət Departamentinin İran üzrə Xüsusi İşçi Qrupunun rəhbəri Brayan Huk iyunun 26-da “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində İranın neft satışına qoyulan sanksiyalardan və rəsmi Tehranın regionda terrorçu qruplaşmalara dəstəyindən danışıb.

 

Huk bildirib ki, Amerikanın İran neftinin satışına qoyduğu qadağalar ölkə iqtisadiyyatına kəskin mənfi təsir göstərməsi ilə yanaşı, həm də İranın ekstremist terrorçu qruplaşmalara maliyyə dəstəyini xeyli zəiflədib: “Amerikanın qoyduğu sanksiyalar bu günə qədər İranı 50 milyard dollarlıq neft satışından məhrum edib. Bu isə elə bir məsələdir ki, İran İslam Respublikasının İraqda, Suriyada və digər yerlərdə maliyyə dəstəyi verdiyi terrorçu qruplaşmalar, o cümlədən də “Hizbullah”, “Həmas” və digər qruplar da hiss edirlər. Sanksiyalar qoyulması nəticəsində, həmin qruplar hazırda ciddi maliyyə böhranı ilə üz-üzə qalıblar və İran artıq istədiyi qədər onlara yardım edə bilmir. 

 

Təəssüflər olsun ki, İrandakı hakim dini mafiya öz xalqını talan edərək onun pulunu zorakılıq ideologiyasına sərf edir. “Hizbullah” terror təşkilatının hərbi kadrlarının aldığı maaşlar, İranın öz hərbçilərinin aldığı aylıq məvacibdən qat-qat yüksəkdir. Çünki İran Hizbullah”ın büdcəsinin 75 faizini təmin edir. Bu isə ildə 700 milyon dollar təşkil edir.

 

Bundan başqa İranın dini lideri Əli Xamneyi öz xalqını ağır və çətin duruma salmaqla özünü zənginləşdirib. O, “İmam Xomeyni” Fərmanının İcraiyyə Qərargahından milyardlarla dollar pul əldə edib. Siz İran liderinin bu qədər sərvətinə və onun digər əmlakına baxdıqda, İran İslam Respublikası sistemində və onun rəhbərlərində olan bu qədər korrupsiya və ikiüzlülüyün son həddinin şahidi ola bilərsiniz” –deyə Brayan Huk əlavə edib.

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Sep.25.2020: Amerika Nəvid Əfkari üçün edam hökmü çıxaran hakimə sanksiya tətbiq etdi

2020-09-25

gun az article

İsfahan əyalətində daha 25 nəfər koronavirusdan vəfat edib

2020-09-25

gun az article

“Charlie Hebdo”nun keçmiş redaksiyasının binasının yaxınlığında bıçaqlı şəxs insanlara hücum edib, 4 nəfər yaralanıb

2020-09-25

gun az article

İranda koronavirusdan daha 207 nəfər ölüb, 3563 nəfər xəstəliyə yoluxub

2020-09-25

gun az article

Məcid Təxt Rəvançi: "Bayden seçilsə, İrana kompensasiya ödəsə, nüvə öhdəliklərimizi icra edəcəyik"

2020-09-25

gun az article

İranda mülki təyyarə qəzaya uğrayıb. Pilot və köməkçisi yaralanıb

2020-09-25

gun az article

İranda dolların məzənnəsi 28 750 tümənə çatıb

2020-09-25

gun az article

Əlirza Təngsiri: "Hazırda xarici ölkələrin 23 gəmisi İranda saxlanılır"

2020-09-25

gun az article

Amerika Nəvid Əfkarini edama məhkum edən məhkəmə hakiminə qarşı sanksiya qoyub

2020-09-25

gun az article

İranda Ukrayna təyyarəsinin vurulmasına etiraz edən tələbə 5 il həbsə məhkum edilib

2020-09-25

gun az article

GünazTV Sep.24.2020: Səudi Ərəbistan Kralı İranın yayılmaçı siyasətini tənqid etdi

2020-09-24

gun az article

İranda koronavirusla mübarizəyə ayrılmış pullardan 70%-dən çoxu "yoxa çıxıb"

2020-09-24

gun az article

İsraildə iki həftəlik sərtləşdirilmiş ümummilli karantin rejimi elan olunub

2020-09-24

gun az article

İranda koronavirusdan ölənlərin sayı 25 000 nəfəri keçib

2020-09-24

gun az article

Səhhəti ağır vəziyyətdə olan Nəsrin Sütudə xəstəxanadan həbsxanaya geri qaytarılıb

2020-09-24

gun az article

Əlirza Zali: “Gələn həftə Tehranda xəstəliklə bağlı vəziyyət çox ağır olacaq”

2020-09-24

gun az article

İranın 3 Avropa ölkəsində olan səfirləri bu ölkələrin Xarici İşlər Nazirliklərinə çağırılıb: Həbslər və siyasi repressiyaya görə

2020-09-24

gun az article

Əlbürz əyalətində daha 12 nəfər koronavirusdan vəfat edib

2020-09-24

gun az article

Səudiyyə Kralı İrana qarşı daha kəskin tədbirlərin görülməsini istəyib

2020-09-24

gun az article

Tehran-Zəncan şosesində ağır qəza: Yerüstü keçid uçub, ölən və yaralananlar var

2020-09-24