Brayan Huk: “Xamneyi İran millətini dələduz adlandırmaqla əslində öz rejimini vəsf edib

Brayan Huk: “Xamneyi İran millətini dələduz adlandırmaqla əslində öz rejimini vəsf edib

GünazTV: ABŞ-ın Dövlət Departamentində yaradılmış İran üzrə özəl işiçi qrupunun rəhbəri Brayan Huk noyabrın 19-da nazirliyin “Twitter” səhifəsində yaydğı bir video-çarxda İran millətinə səslənərək, onun mollaların repressiv rejiminə qarşı apardığı dinc mübarizəsinə dəstək verib.

 

İran xalqının islam respublikasının ölkəyə hakim etdiyi korrupsioner sisteminə qarşı mübarizəsini yüksək qiymətləndirdiyini bildirən Huk, İran rejiminin, o cümlədən də terrorçu “Sepah”ın ölkə vətəndaşlarına qarşı misli görünməmiş zorakılığını kəskin pisləyib: “İranın “dini” lideri Əli Xamneyi son çıxışlarından birində dinc etirazçıları, bir sözlə İran millətini dələduz adlandırıb. Xamneyi İran millətini dələduz adlandırmaqla əslində onun ölkədə yürütdüyü səriştəsiz siyasətinə qarşı etiraz səsini qaldıran igid iranlıları yox, öz rejimini vəsf edib.

 

Amerika Birləşmiş Ştatları İran xalqının öz ibtidai və insani hüquqları uğrunda ölkəyə hakim korrupsioner dini mafiya rejiminə qarşı dinc mübarizəsini dəstəkləyir” –deyə, ABŞ-ın Dövlət Departamentində yaradılmış İran üzrə özəl işiçi qrupunun rəhbəri Brayan Huk əlavə edib.

 

 

Xatırladaq ki, noyabrın 15-dən başlayaraq, İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı kütləvi etirazlar qismən səngisə də, ara-sıra müxtəlif şəhərlərdə davam edir. Ölkənin 137 şəhərində keçirilən dinc etirazlarda 106-dan çox dinc etirazçı rejim qüvvələrinin atəşi nəticəsində qətlə yetirilib, yüzlərlə aksiyaçı yaralanıb, Tehranda və digər şəhərlərdə 1500-dən çox etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Molla rejiminin repressiya maşınını işə salmasına baxmayaraq, etirazlar davam edir.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN