Brayan Huk: “Yeni mexanizmin tətbiqində məqsəd İran millətinə yardım etməkdir”

Brayan Huk: “Yeni mexanizmin tətbiqində məqsəd İran millətinə yardım etməkdir”

GünazTV: ABŞ-ın Dövlət Departamentinin İran üzrə Xüsusi İşçi Qrupunun rəhbəri Brayan Huk oktyabrın 25-də bəyanat yayaraq, Amerika Maliyyə Nazirliyinin İranla ticarətlə bağlı tətbiq etdiyi yeni mexanizmin bəzi detallarını açıqlayıb.  

 

Bəyanatda bildirilir ki, yeni mexanizmin tətbiq edilməsində məqsəd, İrana humanitar yardımların göndərilməsi və İran millətinə yardım etməkdir: “Hesab edirik ki, yeni bir humanitar kanalın açılması İranla ticari əlaqələr qurmaq istəyən xarici ölkə və şirkətlərin, eləcə də bankların işini asanlaşdıracaq, pulların səhv bir yola xərclənmə təhlükəsinin qarşısını alaraq minimuma endirəcək.

 

Amerika Maliyyə Nazirliyi bu yeni mexanizmi tətbiq edərək, bütün ölkələrdən humanitar məqsədlə İrana ixrac etmək istədikləri malların siyahısını hazırlayaraq, detalları ilə bağlı məlumatları təqdim etmələrini tələb edir” –deyə, Brayan Huk əlavə edib.

 

Xatırladaq ki, Amerikanın Maliyyə və Xarici İşlər Nazirlikləri oktyabrın 25-də birgə bəyanat yayaraq, İranla humanitar sahədə ticarətin şəffaflığının gücləndirilməsi məqsədilə yeni mexanizmin tətbiq olunmasını açıqlayıblar.

 

 

Bəyanatda bildirilir ki, İranla qanuni və lisenziyalı şəkildə ticari əlaqələr qurmaq istəyən ölkə və ya şirkətlər, Ameikanın xarici sərmayələrinə nəzarət edən idarənin qaydalarına uyğun olaraq,  sövdələşmə predmetləri ilə bağlı bütün məlumatları əvvəlcədən təqdim etməlidirlər: “Yeni mexanizm, beynəlxalq ictimaiyyətin daha ayıq şəkildə İranla humanitar sahədə ticarət etməsinə yardım edəcək. Yeni mexanizmin tətbiqində məqsəd, İranın ticari sövdələşmələrdən əldə edəcəyi pulları ballistik raketlərin istehsalına və terrorizmə dəstəyə sərf etməyəcəyindən əmin olmaqdır” –deyə, hər iki nazirliyin bəyanatında bildirilir.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN