Britaniya beynəlxalq ictimaiyyətin körfəzdə təşkil edilən koalisiyaya daha çox dəstək göstərməsini istəyir

Britaniya beynəlxalq ictimaiyyətin körfəzdə təşkil edilən koalisiyaya daha çox dəstək göstərməsini istəyir

GünAz TV: Britaniyanın xarici işlər naziri Dominik Rab bildirib ki, öz fransalı və almaniyalı həmkarları ilə görüşü zamanı beynəlxalq ictimaiyyəti Hörmüz boğazında gəmilərin azad hərəkət edə bilmələri üçün təşkil edilmiş koalisiyaya daha çox dəstək göstərməsini istəyəcək.

 

O, bu gün Helsinkiyə yola düşməzdən öncə jurnalistlərə verdiyi açıqlamada Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinə qarşı mövcud olan təhdidlərlə mübarizə aparmaq üçün daha böyük beynəlxalq dəstəyə ehtiyac duyulduğunu deyib.

 

Xatırladaq ki, körfəzdə və Oman dənizində gəmilərə qarşı "Sepah" terror təşkilatının həyata keçirdiyi hücumlardan, eləcə də Britaniyaya məxsus gəminin saxlanmasından sonra regionda gəmiçiliyin maneəsiz hərəkətinin təmin edilməsi üçün beynəlxalq donanma qurulması planı irəli sürülmüşdü.

 

Britaniya, Avstraliya və Bəhreyn koalisiyaya qoşulsa da, Fransa və Almaniya bu birliyə qatılmaqdan imtina edib. Dünən Amerikanın rəhbərlik etdiyi sözügedən koalisiyanın artıq öz missiyasına başladığı barədə məlumatlar yayılmışdı.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN