Britaniya XİN: “Neft tankerlərinə hücumu İranın təşkil etməsi təqribən qətidir”

Britaniya XİN: “Neft tankerlərinə hücumu İranın təşkil etməsi təqribən qətidir”

GünAz TV: Britaniya Xarici İşlər Nazirinin Yaxın Şərq üzrə müavini Endro Morrison Oman dənizində iki neft tankerinə qarşı həyata keçirilmiş hücuma görə İranın məsuliyyət daşıdığını deyib.

 

İrana səfəri çərçivəsində keçirilən görüşlər və aparılan müzakirələri “açıq və konstruktiv” adlandıran Morrison rəsmi Tehranın Oman dənizində neft tankerlərinə qarşı baş tutmuş hücuma görə məsuliyyət daşıdığının təqribən qəti olduğunu, eləcə də İranın bu cür davranışları dayandırmasının zəruri olduğunu dediyini vurğulayıb.  

 

Britaniyalı diplomat səfər çərçivəsində ölkəsinin nüvə razılaşmasının qorunub saxlanmasını istədiyini iranlı rəsmilərin diqqətinə çatdırdığını bildirib.

 

“Mən açıq olaraq bildirdim ki, İran nüvə razılaşması çərçivəsində üzərinə götürdüyü öhdəliklərə, xüsusən də zənginləşdirilmiş uranla bağlı məhdudiyyətlərə sadiq qalmalıdır. Bundan başqa, iranlı rəsmilərdən Britaniya- İran vətəndaşı olan Nazənin Zağərinin dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını istədim”- deyə Endro Morrison əlavə edib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN