Bu gün Beynəlxalq Ədalət Məhkəməsi İranın Amerikada dondurulmuş sərvəti ilə bağlı hökm çıxaracaq

Bu gün Beynəlxalq Ədalət Məhkəməsi İranın Amerikada dondurulmuş sərvəti ilə bağlı hökm çıxaracaq

GünAz TV: Beynəlxalq Ədalət Məhkəməsi bu gün İranın Amerika Birləşmiş Ştatlarında dondurulmuş sərvəti ilə bağlı qərar qəbul edəcək. Rəsmi Tehran bu sərvətin İrana qaytarılmasını tələb etsə də, Amerika onların İranın himayəsi ilə həyata keçirilmiş terror aktları nəticəsində həlak olmuş və ya yaralanmış amerikalılara və onların yaxınlarına kompensasiya kimi veriləcəyini deyib.

 

2016-cı ildə Amerika Ali Məhkəməsinin çıxardığı hökmə əsasən, bu mülklər İranın törətdiyi terror aktlarında zərər görmüş və həyatını itirmiş amerikalılara və ya qurbanların yaxınlarına veriləcək. Bu amerikalılardan bəziləri 1983-cü ildə Beyrutda Amerika hərbçilərinə məxsus sərbazxanalarda baş vermiş terror aktlarında həlak olmuş və yaralanmış hərbçilərdirlər.

 

Rəsmi Tehran isə bəyan edir ki, Amerikanın bu qərarı iki ölkə arasında inqilabdan öncə, 1955-ci ildə İranda “dostluq haqqında anlaşma” müqaviləsi ilə ziddiyyət təşkil edir.

 

2018-ci ilin oktyabrında İranın şikayəti əsasında Beynəlxalq Ədliyyə Məhkəməsində keçirilmiş iclasda Amerikanın nümayəndəsi bildirmişdi ki, “İranın əlləri (qana-red.) bulaşıb və onun terrorizmi himayə etməsi açıq-aşkar bir məsələdir. Ona görə də bu ölkənin iddianaməsi rədd edilməlidir”.

 

Qeyd etmək lazımdır ki, Beynəlxalq Ədalət Məhkəməsi BMT-nin dünya ölkələri arasında ziddiyyətləri həll etmək üçün 2-ci Dünya Müharibəsindən sonra təşkil edilmiş ən ali məhkəmə orqanıdır. Lakin Məhkəmənin çıxarılmış qərarları icra etmək üçün heç bir mexanizmi yoxdur.

 

Məhkəmənin bu gün verəcəyi qərarın Amerika və İran arasındakı gərginliyi daha da şiddətləndirəcəyi gözlənilir. Nəzərə alsaq ki, ABŞ 2018-ci ilin may ayında rəsmi Tehrana qarşı yenidən sanksiyalar qəbul edərək, İranla 5+1 ölkələri arasında imzalanmış nüvə razılaşmasından çıxdığını bəyan edib. Bundan başqa, ABŞ İranla imzalanmış “dostluq haqqında anlaşma”sını da eibarsız sayaraq, ondan çıxdığını bildirib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN