Bu gün, İranın Urmiya, İlam və Zahidan şəhərlərində daha 4 nəfər dara çəkildi

Bu gün, İranın Urmiya, İlam və Zahidan şəhərlərində daha 4 nəfər dara çəkildi

GünAzTV: İranda qəsdən adamöldürmədə günahlandırılan daha 4 nəfər edam edilib. Edamlar, Urmiya, İlam və Zahidan şəhərlərində həyata keçirilib.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, Qəsdən adamöldürmədə tiqsirli bilinən Xəlil Ağuşi və 25 yaşlı Süheyl Mirbəxş adlı iki müttəhim, mayın 14-ü sübh saatlarında Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərinin mərkəzi zindanında dara çəkilib. Hər iki müttəhim, barələrində çıxarılmış ölüm hökmünün icrasına hazırlıq üçün bir gün əvvəl təkadamlıq kameralara köçürülmüşdü.

 

Həmin gün, 6 il əvvəl törətdiyi qətl hadisəsinə görə həbsdə yatan Məhəmməd Sərhəddi adlı 33 yaşlı daha bir müttəhim, Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərinin mərkəzi zindanında dar ağacından asılıb.

 

Həmçinin, eyni ittihamla qisasa məhkum edilmiş Muctaba Kərəmiyan adlı daha bir müttəhim, həmin gün sübh saatlarında İlam şəhərinin mərkəzi həbsxanasında dara çəkilib. Edam edilən şəxslərin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

                                  İlam zindanında dara çəkilmiş Muctaba Kərəmiyan

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN