Bu şəhər dörd il fasiləsiz “Dünyanın ən yaxşı böyük şəhəri” seçilib

2019-10-09 17:32

GünAz TV: Amerika Birləşmiş Ştatlarının (ABŞ) "Condé Nast Traveller” nəşrinin oxucuları Tokionu 2019-cu il üzrə "Oxucu seçimi” nominasiyasında dünyanın birinci ən yaxşı böyük şəhəri seçiblər.

 

AZƏRTAC Tokio hökumətinə istinadla xəbər verir ki, Yaponiya paytaxtı "Condé Nast Traveller” nəşri tərəfindən dörd il fasiləsiz olaraq "Oxucu seçimi: Dünyanın ən yaxşı 10 böyük şəhəri” adına layiq görülüb.

 

ABŞ-ın səyahəti sevən oxucuları arasında populyarlığı ilə seçilən bu jurnalı Tokionu ABŞ-dan kənar şəhərlər siyahısında birinci elan edib.

 

Oxucular dünyanın ən yaxşı şəhərini bir sıra təşəbbüslərə, o cümlədən dövlət və özəl sektorun birlikdə hazırladığı turizmin inkişafına və səyyahlara gücləndirilmiş dəstək proqramlarına görə layiq biliblər.

 

Qeyd edilir ki, beynəlxalq turizm sahəsində aparıcı mövqeyə malik olan Tokio həqiqətən də ənənələrin və innovasiyaların daha çox əks olunduğu yerlərə ziyarətçilərin cəlb edilməsi üzərində əzmlə çalışır.

 

Beləliklə jurnalın dərc etdiyi siyahıda Tokio birinci, Kioto ikinci, Sinqapur üçüncü yeri tutur. Digər yerlər isə aşağıdakı ardıcıllıqla müəyyənləşib – Vyana (Avstriya), Osaka (Yaponiya), Kopenhagen (Danimarka), Amsterdam (Niderland), Barselona (İspaniya), Taybey (Tayvan) və Sidney (Avstraliya).

 

Yaponiya paytaxtının bu uğurunu yüksək qiymətləndirən Tokionun qubernatoru Yuriko Koike isə bu xəbərin onu çox sevindirdiyini bildirib: "Condé Nast Traveller” oxucularının Tokionu dördüncü dəfə dünyanın ən yaxşı böyük şəhəri seçməsi məni çox sevindirir.

 

Ötən il Tokioya daha çox turist gəlmişdi və hazırda bu şəhər Yaponiyada keçirilən reqbi üzrə dünya çempionatının təşkil edildiyi şəhərlərdən biridir. Dünyanın hər yerindən gələn pərəstişkarların bu şəhərdə toplanması bizi çox həyəcanlandırır.

 

2020-ci ildə Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunları zamanı isə biz öz şəhərimizdə daha çox səyahətçini salamlamaq imkanı qazanacağıq. Buna görə də biz Tokionun görməli yerləri haqqında daha çox informasiya yayaraq, onun dünyanın aparıcı turizm istiqamətlərindən birinə çevrilməsinə çalışırıq”.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

İranda həbs olunmuş sabiq amerikalı hərbçi ölkəsinə qaytarılıb

2020-06-05

gun az article

GünazTV June.04.2020: “Floyd cinayətində üç polis barəsindı həbs qərarı verildi”

2020-06-04

gun az article

GünazTV June.04.2020: İranla Türkiyə arasındakı Gürbulağ sərhədi yenidən açılır

2020-06-04

gun az article

Ərdəkan şəhəri yaxınlığında 3.5 bal gücündə zəlzələ baş verib

2020-06-04

gun az article

İran rəsmisi: “Hormozqan əyalətində koronavirusa yoluxanlardan 25%-i evdar qadınlardır”

2020-06-04

gun az article

İranda daha 59 nəfər koronavirusdan ölüb, 3574 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkarlanıb

2020-06-04

gun az article

Tehranın Neftayırma Zavodunda yanğın baş verib

2020-06-04

gun az article

İranın Deyləm şəhərinin Koronavirusla Mübarizə Qərargahının rəisi xəstəliyə yoluxub

2020-06-04

gun az article

İranda polis komandanı: “Xuzistanda qanunsuz silah saxlamaqda günahlandırılan 91 nəfər həbs edilib”

2020-06-04

gun az article

Ruhani: “Xəbərdarlıqlar ciddiyə alınmasa məhdudiyyətləri yenidən bərpa etmək məcburiyyətində qalacağıq”

2020-06-04

gun az article

GünazTV June.03.2020: İran və Çin ABŞ-dakı qara dərililərin hüquqlarının pozulmasını tənqid etdilər

2020-06-03

gun az article

İlam əyalətində koronavirusa yoluxanların sayı 1079 nəfərə çatıb

2020-06-03

gun az article

Cavad Süleymani: "Sual budur ki, niyə Ukrayna təyyarəsini qəsdən vurdular?"

2020-06-03

gun az article

Morqan Ortaqus: "Sirus Əsgərinin İrana qaytarılması məhkum mübadiləsi əsasında baş tutmayıb"

2020-06-03

gun az article

İranda daha 70 nəfər koronavirusdan ölüb, 3134 nəfər xəstəliyə tutulub

2020-06-03

gun az article

İranda xristianlığı qəbul edən 4 nəfər Evin zindanına çağırılıb

2020-06-03

gun az article

İranda 5 bal gücündə zəlzələ baş verib

2020-06-03

gun az article

Amerika məhkəməsi İran və Suriyanın amerikalılara kompensasiya ödəməsi ilə bağlı qərar qəbul edib

2020-06-03

gun az article

Məşhəddə daha 1 məhkum edam edilib

2020-06-02

gun az article

GünazTV June.02.2020: Bazar günü şiddət hadisələrinin yaşandığı etiraz dalğalarının ardından həftənin ilk günü paytaxt Vaşinqtonda sülh məqsədli protestlər keçirildi.

2020-06-02