Bürucird Şəhər Şurasının üzvü Xamneyini "təhqir etmə" ittihamı ilə həbs edilib- VİDEO

Bürucird Şəhər Şurasının üzvü Xamneyini

GünAz TV: Bürucird Şəhər Şurasının üzvü Məhəmməd Pərham Xamneyini "təhqir etmə" ittihamı ilə həbs edilib.

 

Yerli media orqanlarının məlumatına görə, o, İnstagram sosial şəbəkəsində paylaşdığı video ilə "dini lideri təhqir edib". Bundan sonra məhkəmənin qərarı ilə təhlükəsizlik qüvvələrin Şəhər Şurasının üzvünü saxlayıblar.

 

Söhbət Finlandiyanın dövlət xadimləri ilə İran rəhbərlərinin müqayisəsini aparan videodan gedir.

 

 

Həmin videoda bildirilir ki, Finlandiya əhalisinin orta yaş həddi 42, onları idarə edən rəhbərlərin isə 35-dir. İranda isə əhalinin orta yaş həddi 31, rəhbərlərin isə 60-dır: prezident 72 yaş, Parlamentin spikeri 63 yaş, Ekspertlər Məclisinin rəhbəri 93 yaş və "dini lider" 80 yaş. Videonun sonunda qeyd edilir ki, cavan ölkə olan, lakin qocalar evi tərəfindən idarə edilən İrana xoş gəlmisiniz.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN