Buşehrdə ard-arda bir neçə zəlzələ baş verib

Buşehrdə ard-arda bir neçə zəlzələ baş verib

GünAz TV: Bu gün səhər saatlarında Buşehr əyalətinin Bürazcan şəhərində, atom elektrik stansiyası yaxınlığında 4.7 bal gücündə zəlzələ baş verib.

 

Məlumatlara əsasən, yeraltı təkanlar səhər saat 05:50 radələrinə təsadüf edib. Hələlik mümkün dağıntı və insan tələfatı barədə məlumat verilmir.

 

Qeyd etmək lazımdır ki, bu zəlzələdən bir neçə saat öncə əyalət ərazisində 2.8, 2.5 və 3.1 bal gücündə daha 3 zəlzələnin baş verdiyi bildirilir.

 

“İrna” xəbər agentliyi Dəştistan rayonunun Səhiyyə İdarəsinə istinadən zəlzələlər nəticəsində bu rayonun 7 sakininin yaralandığı barədə məlumat yayıb.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN