Camal Qaşıqçının qətlində təqsirli bilinən 5 nəfər barəsində edam hökmü çıxarılıb

Camal Qaşıqçının qətlində təqsirli bilinən 5 nəfər barəsində edam hökmü çıxarılıb

GünAz TV: Türkiyədə qətlə yetirilən jurnalist Camal Qaşıqçının ölümü ilə əlaqədar məhkəmə işi başa çatıb.

 

Mediada yayılan məlumata görə, Səudiyyə Ərəbistan məhkəməsi 5 nəfərin edam cəzasına, 3 nəfərin 24 il müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib.

 

Səudiyyə Ərəbistanının Baş prokurorluğu ölkənin vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın köməkçisi Əl Kahtaninin isə buraxıldığını bəyan edib.

Baş prokurorluq həmçinin cinayət törədilən zaman Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsul vəzifəsini yerinə yetirən Əl Uteybi haqqında da heç bir ittiham səsləndirməyib.

 

Qeyd edək ki, Camal Qaşıqçı ötən il oktyabrın 2-də evlilik proseduru üçün Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna gedib və daha sonra ondan xəbər olmayıb. Səudiyyə Ərəbistanı rəhbərliyi jurnalistin konsulluq binasında qətlə yetirildiyini təsdiqləyib. İstanbul Respublika Baş Prokurorluğu

Qaşıqçının cəsədinin parçalandığı və məhv edildiyini bildirib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN