Cavad Kərimi Qudusi tezliklə instaqramın İranda məhdudlaşdırılacağını deyib

Cavad Kərimi Qudusi tezliklə instaqramın İranda məhdudlaşdırılacağını deyib

GünAz TV: İran Milli Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Cavad Kərimi Qudusi İnformasiya Texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhrominin ona instaqramın tezliklə ölkədə bloklanacağını dediyini bildirib.

 

Son həftələr ərzində İranda instaqram sosial şəbəkəsinin məhdudlaşdırılacağı ilə bağlı xəbərlər yayılmaqdadır. Bu istiqamətdə ölkənin bəzi rəsmiləri və axundları da dövlətə təzyiqlər göstərirlər.

 

Kərimi Qudisinin sözlərinə görə, İnformasiya Texnologiyaları naziri ilə danışdığı zaman nazir ona tezliklə instaqramın ölkədə bloklanacağını deyib.

 

O, instaqramın bu günə qədər bloklanmasının prezident Həsən Ruhaninin bu qərara qarşı olduğuna görə baş tutmadığını deyib.

 

Qudusi özünün də instaqramın bloklanmasını dəstəklədiyini deyərək, hökumətin bu qərarının icrasında itirilən hər günü “xoşagəlməz hal” kimi dəyərləndirib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN