Cavid Rəhman: “İranda insan hüquqlarının kobud şəkildə pozulması davam edir”

Cavid Rəhman: “İranda insan hüquqlarının kobud şəkildə pozulması davam edir”

GünazTV: BMT-nin İranda insan hüquqları üzrə xüsusi nümayəndəsi Cavid Rəhman, fevralın 27-də İranda insan hüquqlarının acınacaqlı durumu ilə bağlı 2-ci hesabatını BMT-nin İnsan Hüquqları Şurasına təqdim edərək, İranda yeniyetmələrin edamının dayandırılmasını tələb edib.

 

Hesabatda bildirilir ki, İran İslam Respublikasında rejimə qarşı keçirilən kütləvi etirazların davam etməsi, insanların ölkədə insan hüquqlarının kobud şəkildə pozulması hallarının davam etdirilməsindən narazı qalmasından xəbər verir: “Bunu, hüquqşünasların, hüquq müdafiəçilərinin və əmək fəallarının həbs olunması, İran hakimiyyətinin vətəndaşların dinc etirazına qarşı zorakılıq nümayiş etməsi göstərir.

 

Biz İranda yaşı 18-ə çatmamış yeniyetmələrin edam olunmasının davam etdirilməsindən narahatlığımızı bildirir, hesab edirik ki, İran İslam Respublikasının bu edamlarla beynəlxalq qanunlara riayətlə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir, onları pozur. Təəssüflər olsun ki, İran İslam Respublikası qanunlarına görə, 9 yaşına çatan qızları və 15 yaşına çatan oğlanları edam etmək mümkündür. Məhz həmin qanunlara görə də 2013-cü ildən bu yana İranda yaşı 18-ə çatmamış ən azı 33 məhkum edam edilib. Düşünürük ki, İran parlamenti və İran Məhkəmə Sistemi yeniyetmələrin edamını dayandırmalıdır. Ümumilikdə isə, 2018-ci ilin yanvarından oktyabr ayına qədər İranda ən azı 207 nəfər müxtəlif ittihamlara görə edam olunub.

 

Bundan başqa, İranda milli və dini azlıqlardan olan fəalların kütləvi həbsi səngimək bilmir. O cümlədən də İranın Azərbaycan əyalətlərində, Kürdüstan və Sistan-Bəlucistanda milli fəalların, eləcə də bəhailərin, xristianlığı qəbul edənlərin, Qonabad dərvişlərinin, əmək fəallarının və ikili vətəndaşlığı olanların həbsinin davam etdirilməsi ciddi nigaranlığa səbəb olur”- deyə hesabatda bildirilir.

 

A.M 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN