Cavid Rəhman İranda insan hüquqlarının kobud şəkildə pozulmasının davam etdirilməsi barədə yeni hesabat yayıb

Cavid Rəhman İranda insan hüquqlarının kobud şəkildə pozulmasının davam etdirilməsi barədə yeni hesabat yayıb

GünazTV: BMT-nin İranda insan hüquqları üzrə xüsusi nümayəndəsi Cavid Rəhman oktyabrın 23-də islam respublikasında insan hüquqlarının kobud şəkildə pozulması hallarının davam etdirilməsi barədə yeni hesabat yayıb.

 

BMT-nin Baş Məclisinin komitələrindən birinə təqdim edilən hesabatda bildirilir ki, hazırda İran zindanlarında yaşı 18-dən aşağı olan 90 yeniyetmə məhkum barələrində çıxarılmış ölüm hökmünün icrasını gözləyir: “Bizdə olan məlumatlara əsasən, ötən il İranda yaşı 18-ə çatmamış 7 yeniyetmə məhkum müxtəlif ittihamlarla edam edilib. Həmçinin cari ilin, yəni 2019-cu ilin başlanğıcından indiyə qədər İranın müxtəlif şəhərlərinin həbsxanalarında ən azı 173 məhkum dara çəkilib. Bu da İranın dünya ölkələri arasında həyata keçirdiyi ölüm hökmlərinin sayına görə ön cərgələrdə qərarlaşdığını göstərir. Bu vəziyyət bizi dərindən narahat edir.

 

Bundan başqa, 2018-ci ildən 2019-cu ilə qədər İranda siyasi məhbuslardan olan öz müvəkillərinin hüquqlarını müdafiə edən ən azı 8 vəkil tutularaq həbsə salnıb. Onların bəziləri isə uzunmüddətli həbsə məhkum edilib. Cari ildə isə , öz hüquqları uğrunda dinc etiraz bildirən Şəkər Qamışı (“Həft Təpə”) zavodunun onlarla fəhləsi tutularaq repressiyalara məruz qalıb, onlardan isə 7-si 6 ildən 19 ilə qədər həbsə məhkum edilib.

 

Həmçinin İranda etnik və dini azlıqların durumunun ağır və acınacaqlı olması bizi ciddi nigaran edir. Etnik və dini azlıqların hüquqlarının pozulması halları əvvəldə olduğu kimi hələ də davam edir. Bu isə qəbuledilməzdir” –deyə, BMT-nin İranda insan hüquqları üzrə xüsusi nümayəndəsi Cavid Rəhmanın BMT-yə təqdim etdiyi yeni hesabatında bildirilir.  

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN