Çavuşoğlu Bağdadda görüşlər keçirir

Çavuşoğlu Bağdadda görüşlər keçirir

GünAz TV: Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu İraqın paytaxtı Bağdadda səfərdədir.


Çavuşoğlu Bağdada səfəri çərçivəsində bu ölkənin Baş naziri Adil Abdulmehdi ilə görüşdü. Qapalı qapılar arxasında keçirilən görüşdə Türkiyə və İraq nümayəndə heyətləri də iştirak ediblər.


Çavuşoğlu sosial media hesabından yaydığı açıqlamada: “İraqlı rəsmilər ilə keçirdiyimiz görüşlərdə iki ölkə əlaqələrini və bölgədə cərəyan edən prosesləri müzakirə edirik”.


İraq prezidenti Bərhəm Saleh tərəfindən qəbul ediləcək olan Çavuşoğlunun Xarici işlər naziri Məhəmməd Əli əl-Həkim və parlament sədri Məhəmməd əl-Halbusi ilə də bir araya gələciyi gözlənir. TRT


N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN