Cəbəli-Tariq saxlanmış İran gəmisinin ekipaj üzvlərini zaminə buraxıb

Cəbəli-Tariq saxlanmış İran gəmisinin ekipaj üzvlərini zaminə buraxıb

GünAz TV: “Reuters” agentliyi iyulun 12-də Cəbəli-Tariqdə saxlanmış İranın “Grace 1” neft tankerinin ekipaj üzvlərinin zaminə buraxılması barədə məlumat dərc edib.

 

Agentliyin bu xəbərindən bir neçə saat öncə isə sözügedən gəminin digər 2 üzvünün də həbs edildiyi barədə xəbərlər yayılmışdı.

 

“Reuters”in Cəbəli-Tariq rəsmilərinə istinadən verdiyi məlumata əsasən, ekipaj üzvlərinin buraxılmasına baxmayaraq, polisin məsələ ilə əlaqədar təhqiqatları davam edir və tanker hələ ki, İrana təhvil verilməyəcək.

 

Xatırladaq ki, göyərtəsində 1 milyon bareldən çox neft daşıyan İrana məxsus “Grace 1” gəmisi iyulun 4-də Britaniyanın dəniz qüvvələri tərəfindən Cəbəli-Tariq boğazından keçmək istəyərkən saxlanmışdı. Britaniya gəminin Suriyaya neft apardığına və bununla da Avropa İttifaqının Əsəd rejiminə qarşı qəbul etdiyi sanksiyaları pozduğuna görə saxlandığını bəyan etmişdi. Hansı ki, bu məsələ rəsmi Tehranla London arasında böyük diplomatik qalmaqala səbəb olub.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN