“Centcom” sözçüsü: “Təyyarələrimiz Hörmüz Boğazında vəziyyəti araşdırmaq üçün hava reydləri keçirirlər”

“Centcom” sözçüsü: “Təyyarələrimiz Hörmüz Boğazında vəziyyəti araşdırmaq üçün hava reydləri keçirirlər”

GünazTV: Amerika Mərkəzi Qüvvələr Komandanlığının (Centcom) sözçüsü Ryan Browne iyulun 20-də “Twitter” səhifəsində yazdığı kiçik bir statusda Hörmüz Boğazındakı vəziyyətə toxunaraq, regionda hava reydləri keçirən Amerikanın hərbi təyyarələrinin sayının artmasından xəbər verib.

 

O bildirib ki, Amerika Dəniz Qüvvələrinin mərkəzi komandanlığı bölgədə fəaliyyət göstərən Amerika gəmilərinin təhlükəsizliyindən əmin olmaq üçün onlarla sıx əlaqə saxlamağa başlayıb: “Hazırda “Centcom” qüvvələri Hörmüz Boğazında vəziyyəti araşdırmaq üçün beynəlxalq sular üzərində reyd keçirirlər. Vəziyyəti öyrənmək üçün reyd keçirən Amerika təyyarələrinin sayı da artırılıb” –deyə sözçünün yaydığı statusda bildirilir.

 

Amerikanın körfəzdəki "USS Boxer" gəmisi

 

Xatırladaq ki, İyulun 19-da “Sepah”ın körfəzdəki sürət qayıqları Hörmüz Boğazında üzən  Britanıyaya məxsus “Stena İmpero” tankerini saxlayıblar. “Sepah”, Britaniya tankerini beynəlxalq dənizçilik qanunlarını pozduğuna görə saxladığını bəyan edib.

 

 

 A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN