Cənubi Afrikanın İrandakı keçmiş səfiri “İransel”in tenderi ilə bağlı həbs edilib

Cənubi Afrikanın İrandakı keçmiş səfiri “İransel”in tenderi ilə bağlı həbs edilib

GünAz TV: Cənubi Afrika Respublikasının polisi bu gün bu ölkənin İrandakı keçmiş səfiri Yusif Salucinin “İransel”in keçirdiyi tenderdə rüşvət aldığına görə həbs edildiyi barədə məlumat yayıb.

 

Məlumatda bildirilir ki, keçmiş səfir “İranselin” keçirdiyi tenderdə Cənubi Afrikanın telekommunikasiya şirkəti olan “MTN”-dən 100 min dollar rüşvət alaraq, şirkətin İran bazarına daxil olmasını təmin edib. Dəyəri 31 milyard 600 milyon dollar olar tenderin qalibi Türkiyənin “Türksel” şirkəti olsa da, “MTN” səfirə rüşvət verərək, 2-ci yeri qazanmasına rəğmən, İran bazarında 15 illik fəaliyyət lisenziyasını əldə edib. Səfir “Türksel”ə həvalə edilmiş tenderin “MTN” şirkətinə verilməsi üçün “İransel” rəsmilərinə də rüşvət verib.

 

Bundan narazı qalan “Türksel” şirkəti bildirmişdi ki, “MTN” şirkəti bəzi yollarla əvvəl “Türksel”ə təqdim edilmiş tenderin sonradan qalibi elan edilib. “Türksel”in şikayəti üzrə 2012-cü ildə Amerikada məhkəmə iclası keçirilmişdi. Türkiyə şirkəti hazırda “İransel”in keçirdiyi tenderdə “MTN”in rüşvət yolu ilə qalib olmasına görə, şirkətə dəymiş ziyan müqabilində 4 milyard 200 milyon dollar təzminat tələb edir.

 

Türkiyə şirkətinin şikayətindən sonra araşdırmalar başladılmışdı.. Təhqiqatlar nəticəsində Cənubi Afrikanın keçmiş səfirinin “MTN”dən rüşvət aldığı barədə faktlar bir müddət əvvəl ortaya çıxsa da, təqaüddə olan sabiq diplomat bunu inkar edirdi. Lakin təkzibedilməz faktlardan sonra o, bu gün həbs edilib. Səfirin aldığı rüşvətlə Cənubi Afrikanın Pretoria şəhərində özünə villa aldığı da üzə çıxıb.  

 

“MTN” şirkətinin rəsmi açıqlamalarına əsasən, şirkət təkcə 2011-ci ildə İran bazarından 1 milyard dollar xeyir götürüb. Bu isə şirkətin dünyanın digər ölkələrində də göstərdiyi fəaliyyətlərdən əldə edilən ümumi gəlirin 9%-ni təşkil edir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN